“Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunması açıq-aşkar müharibə cinayətidir”

“Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunması açıq-aşkar müharibə cinayətidir”

Tamam Cəfərova: “Hər şeydən öncə bu cinayətə qarşı erməni toplumunun özü cavab verməlidir”

“Dünya birliyi hərəkətə keçməli, Ermənistan hökümətinin qeyri-insani qərarlarına hüquqi qiymət verməlidir”

“Artıq 31 gündür ki, Azərbaycanınrəşadətli ordusu Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarixyazır. Azərbaycantarixi, əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, həmçinin, çoxdan pozulmuş beynəlxalq hüququ bərpaedir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. Ermənistanın hərbi-siyasirəhbərliyinin azyaşlı uşaqları belə ordu sıralarına cəlb etdiyini vurğulayanmillət vəkili, bunun beynəlxalq konvensiyalara da tamamilə zidd olduğunu qeydedib:

 

“Azərbaycan işğalçı ermənisilahlı qüvvələrini tarixi torpaqlarımızdan qovmaqla yanaşı, Cənubi Qafqazregionunu seperatçı, terrorist qüvvələrdən də təmizləyir. Belə bir vaxtdapozulmuş beynəlxalq hüququn icra olunmasına nəzarət etmək əvəzinə Azərbaycanaxaricdən çoxsaylı təzyiqlər edilir. Təbii ki, burada məqsəd Azərbaycanın müzəffər ordusu qarşısındatab gətirə bilməyən Ermənistanı xilas etməkdir. Əlbəttə ki, bütün bu təzyiqlərəCənab Ali Baş Komandan əzmlə sinə gərir və Azərbaycana müxtəlif vasitələrlə təsirgöstərməyə çalışanlara layiqli cavab verir.

 

Bildiyimiz kimi, Ermənistanınhərbi-siyasi rəhbərləri beynəlxalq hüququn norma və prinsiplərini pozur, onunlahesablaşmır, onu heçə sayırlar. Bu günlərdə bunun bir daha şahidi olduq.Ermənistan mətbuatında və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərinErmənistan ordusuna könüllü kimi çağırılması və iştirakı haqqında faktlaryayılıbdır. Qeyd etmək lazımdır ki, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-cimaddəsini də kobud şəkildə pozur: “Konvensiya iştirakçı dövlətlərdən silahlımünaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquqnormalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərinhərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütüntədbirləri görməyə dəvət edir.Həmin maddəyə əsasən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşaiştirak etməsi qadağan olunur. Aydındır ki, Ermənistan höküməti məqsədli şəkildəqoşulduğu konvensiyalara zidd hərəkətlər edir. Eyni zamanda həmin konvensiyaya əsasəndövlətlər 18 yaş həddinə çatmamış şəxslərin, onların silahlı qüvvələrin çağırışına cəlb edilməməsini təmin etməlidirlər.Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyəcəlb edərək, nəinki uşaqları təhsildən, inkişafdan yayındırır həmçinin onların digərhüquqlarını da kobud şəkildə pozur. Cinayətkar Ermənistan hakimiyyəti öz məkrliniyyətlərini həyata keçirmək üçün yetkinlik yaşına çatmamış uşaqları bilərəkdənölümə göndərir.

Qadınvə yaşlılardan sonra bu dəfə də kiçik uşaqların döyüşlərə cəlb edilməsi Ermənistanordusunda hərbçi sayının kəskin azaldığını göstərir.Gördüyümüz kimi əlləri azərbaycanlıuşaqların qanına batmış Ermənistan rəhbərliyi öz uşaqlarına qarşı hərbi cinayət törətməkdənbelə çəkinmirlər. Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunmasıaçıq-aşkar müharibə cinayətidir. Özü də bu cinayət Ermənistan hərbi-siyasihakimiyyəti tərəfindən erməni xalqına qarşı yönəlib. Əlbəttə ki, hər şeydən öncəbu cinayətə qarşı erməni toplumunun özü cavab verməlidir”.

 

T.Cəfərova xüsusilə diqqətəçatdırıb ki, müxtəlif vaxtlarda uşaq hüquqlarıınınpozulması ilə əlaqədar Azərbaycana irad tutan beynəlxalq təşkilatlar indi dəikili standartlardan əl çəkmək fikrində deyillər:

 

“Heç olmasa indi dünyabirliyi hərəkətə keçməli, Roma və Cenevrə konvensiyalarının tələblərini kobud şəkildəpozan və Ermənistan höküməti tərəfindən verilmiş insanlığa zidd qərarlarahüquqi qiymət verməlidir”.

 

 

 

 

Mənbə: moderator.az