Boliviyanın ölkədən qaçmış sabiq prezidenti Vətənə qayıdır

Boliviyanın ölkədən qaçmış sabiq prezidenti Vətənə qayıdır

Eastnews.org-un verdiyi xəbərə görə, Boliviyanın sabiq prezidenti Evo Morales noyabrın 9-da ölkəyə qayıtmağı planlaşdırır.

“Telesur” telekanalı xəbər verir ki, bu barədə "Sosializm uğrunda hərəkat" partiyasının üzvü, senator Androniko Rodriqes bildirib.

"Bizim qardaşımız, sabiq prezident noyabrın 9-da (Boliviyaya-red) gələcək, (seçilmiş prezident Luis Arse) vəzifəsinin icrasına başladıqdan növbəti gün sonra, 11 noyabrda o, eyni şəkildə Koçabambaya gedəcək - tam olaraq (ölkədən bir il əvvəl) ayrıldığı gün", - o deyib.

Daha əvvəl Boliviya Məhkəməsi Moralesin saxlanılması orderini ləğv edib. Prokurorluğun sorğusuna əsasən keçmiş dövlət başçısına qarşı terrorizm ittihamı irəli sürülmüşdü. Boliviyanın müvəqqəti hökuməti dəfələrlə bəyan edib ki, Morales ölkəyə qayıtsa, dərhal həbs ediləcək. Sabiq prezident özü isə bildirib ki, nə vaxt belə imkan yaransa, ölkəyə qayıdacaq.

 

Mənbə: eastnews.org