“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”

“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”

Nəsib Məhəməliyev: “Ermənistanın kaprizlərinə, cinayətkar davranışlarına beynəlxalq təşkilatların göz yumması təəssüf doğurur”

İşğalçı Ermənistan sonvaxtlar ordu sıralarına azyaşlı uşaqları cəlb etməsi ənənə halını almaqdadır.

Paşinyan hakimiyyətinin bu addımı beynəlxalq konvensiyaların kobud şəkildəpozulması ilə yanaşı, həm də onun öz xalqına qarşı növbəti cinayəti kimi dəyərləndiriləbilərmi?Moderator.az-a açıqlamaverən millət vəkili Nəsib Məhəməliyev, bunun beynəlxalq hüquqa zidd olduğunu,beynəlxalq konvensiyalarla təzad təşkil etdiyini vurğuladı:

“Müharibə başlanan andan AzərbaycanOrdusu Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu müdafiəistehkamlarını, HMS-ni, ağır döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhvetdi. İşğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını,Hadrut qəsəbəsini, Suqovuşanı, kəndlərimizin əksər hissəsini azad etdi. Əsasstrateji yüksəklikləri ələ keçirdi. Erməni hərbi-siyasi rəhbərliyinin ümumxalqsəfərbərlik elan etməsi, yaşından asılı olmayaraq bütün kişilərin müharibəyə cəlbolunması, qadınlardan ibarət batalyonların yaradılması onu göstərir ki, düşməntərəf, döyüş meydanındakı itkiləri əvəzləməkdə çətinlik çəkir. Azyaşlıuşaqların, yeniyetmələrin, o cümlədən azyaşlı qız uşaqlarının silahlı münaqişələrəcəlb olunması isə, “ Uşaq hüquqları haqqında” beynəlxalq humanitarkonvensiyalara ziddir. Konkret olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Romastatutunun 8-ci maddəsinin, 2a bəndinə müvafiq olaraq hərbi cinayət sayılır.Ümumiyyətlə, Ermənistan elə bir dövlətdir ki, müstəqillik əldə etdikdən sonrabütün beynəlxalq hüququn norma və prinsiplərini, fəaliyyətdə olan bütünhumanitar konvensiyaları açıq və kobud şəkildə pozur. Ən adi etik, əxlaqnormalarını belə gözləmədən təkzib edilməz faktları inkar edir. Real faktlaramüraciət edək; —Azərbaycan və Ermənistan eyni vaxtda, yəni 1992-ci ildə BMT-aüzv olmuşlar. BMT nizamnaməsinin 2-ci maddəsində dəqiqliklə göstərilmişdir;“üzv ölkələr bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdırlar”.Qəbul olunduqdan dərhal sonra ermənilər tərəfindən havadarlarının köməkliyi iləDağlıq Qarabağ və 7 rayonu işğal edildi. — Xocalıda bir gecənin içərisində 613mülki şəxs, o cümlədən uşaqlar, qadınlar, yaşlılar qətlə yetirildi. — Əsirlərin,itkin düşənlərin gizlədilməsi, qeyri-insani şəkildə istismar olunması, — İşğalolunmuş ərazilərdə tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edildi. Bu daAvropa mədəniyyət konvensiyasına, 1954-cü il Haaqa konvensiyasına ziddir. —İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, əsaslı tikintilərinaparılması, təbii sərvətlərdən istifadə, təbiətə, ekologiyaya kobud müdaxiləolunması. — Moskvada humanitar atəşkəs barədə razılıq əldə olunan gecə Gəncə şəhəriErmənistan ərazisindən raketlərlə atəşə tutulması və s”.

 

Millətvəkilinin sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin son 30 ildə qəbuletdiyi qərarlar cinayət xarakteri daşıyır:

 

“Son30 il ərzində Ermənistan rəhbərliyinin siyasəti, ancaq cinayət xarakterliolmuşdur. Nəticə isə, göz qabağındadır. Hər iki tərəfdən yüz minlərlə insanınqanına bais olmaqla, hər tərəfli geridə qalmış, bütün beynəlxalq nəqliyyat-logistikalayihələrindən kənarda qalmış, iqtisadi və coğrafi mühasirədə, ildən-iləboşalan, heç bir yaşam perspektivi olmayan bədbəxt bir cəmiyyət əldə etdilər.Azərbaycan əsgəri ilə müqayisə etdikdə-erməni əsgərinin ekipirovkasındantutmuş, təchizatı, istifadə etdiyi texnika və silahlar real vəziyyəti tam əksetdirir. Hesab edirəm ki, belə bir vəziyyəti, ancaq öz xalqına düşmən münasibətgöstərənlər edə bilər. Ən böyük cinayətləri isə, erməni uşağı anadan olandan bəridigər millətlərə, ələlxüsus türklərə, azərbaycanlılara qarşı düşmən ruhunda tərbiyəetmələri, olmayan dövlətçilik tarixlərini saxta faktlarla, mifik illuziyalarla,,zənginləşdirib,, tərbiyə etmələridir. Erməni millətinin beyinini yumaqla,psixikasını pozmalarıdır. Azyaşlı uşaqları, qocaları, qadınları müharibəyə cəlbetməklə, Ermənistanın hərbi-siyasi rəhbərləri cinayətkar fəaliyyətlərini davametdirir və şübhəsiz, yaxın zamanlarda Haaqa tribunalının subyektlərinə çevriləcəklər.Bütün bunlarla yanaşı, Ermənistanın kaprizlərinə, cinayətkar davranışlarınabeynəlxalq təşkilatların göz yumması təəssüf doğurur. Məhz onların fəaliyyətsizliyi,Ermənistanı yeni cinayətlərə sövq edir. Tarixən böyük dövlətlər ermənilərdən özgeosiyasi maraqlarını təmin etmək üçün ,,marionet,,kimi istifadə etmişlər.Tarix təkrar olunur”.

 

NəsibMəhəməliyev erməni toplumunun Paşinyanın cinayətkar siyasətinə ciddi mənadaetiraz etməməsini uzun illər ərzində erməni cəmiyətində aparılan “beyinyuma əməliyyatı” ilə əlaqələndirib:

 

“Normalməntiqlə, normal millətlər bütün baş verənlərdən sonra, Paşinyan iqtidarından vəondan əvvəlki hərbi-siyasi rəhbərliklərdən hesabat tələb etməlidir. Bir dahaqeyd edirəm ki, aparılan xəstə təbliğatın nəticəsində bütövlükdə erməni millətininpsixologiyası pozulmuşdur. O baxımdan müəyyən istisnalar olmaqla, toplum olaraqkütləvi etirazların baş verməsini hələlik görmürük”.

 

 

 

 

Mənbə: moderator.az