Xəlifə Haftər qüvvələri Türkiyəni ittiham etdi

Xəlifə Haftər qüvvələri Türkiyəni ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyada qanuni hökumətə tabe olmayaraq üsyan başladan Xəlifə Haftər qüvvələri atəşkəs ilə bağlı açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, atəşkəsin rədd edilməsi iddiaları həqiqəti əks etdirmir.

"Biz ölkədə siyasi və ictimai sabitliyin yaranmasını istəyirik. Lakin Türkiyə bunun qarşısını almaq üçün hər yola əl atır", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, Liviya böhranı Türkiyənin müdaxilələri səbəbilə həll olunmur.

 

Mənbə: eastnews.org