Azərbaycan Ordusu hücuma keçdi, Bərgüşad çayı boyunca yeni cəbhə yarandı - Arçrun Ovannisyan

Azərbaycan Ordusu hücuma keçdi, Bərgüşad çayı boyunca yeni cəbhə yarandı - Arçrun Ovannisyan

Bu gün səhər Azərbaycan silahlı qüvvələri müxtəlif istiqamətlərdə hücum əməliyyatlarını davam etdirib.

KONKRET.az xəbər verir ki, bunu brifinqdə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arçrun Ovannisyan bildirib.

“Eyni zamanda, hərbi obyeklərimiz atəş altında qalıb” deyib.

Arçrun Hovhannisyan qeyd edib ki, döyüş əməliyyatları şimal istiqamətində də keçirilir.

Müdafiə Nazirliyinin nümayəndəsi Qubadlıda Bərgüşad çayı boyunca yeni cəbhənin meydana gəldiyini bildirib.

“Bu gün düşmən Laçın istiqamətində daha bir hücum həyata keçirməyə, eləcə də Ermənistanın cənub sərhədinə yaxınlaşmağa çalışıb”. Ovannisyan yekunlaşdırıb.

Haşiyə: Bu informasiyaların feyk olduğu aydınca görünür, çünki Azərbaycan humanitar atəşkəsə riayət edir və cəbhədə heç bir döyüş əməliyyatı aparmır.

 

Mənbə: konkret.az