Arutyunyan Azərbaycan Ordusunun məhv etdiyi “müdafiə naziri”nə “qəhrəman" adı verdi

Arutyunyan Azərbaycan Ordusunun məhv etdiyi “müdafiə naziri”nə “qəhrəman" adı verdi

İşğal edilən Dağlıq Qarabağ rejiminin “başçısı” Arayik Arutyunyan keçmiş “müdafiə naziri”, general-leytenant Cəlal Arutyunyana “Qarabağ qəhrəmanı” adının verilməsi haqqında “fərman” imzalayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Bu gün Qarabağı qorumaqda və onun təhlükəsizliyini təmin etməkdə müstəsna xidmətləri üçün Cəlal Arutyunyanın “Qarabağ qəhrəmanı” adına layiq görülməsi haqda qərar verdim”. Arutyunyan Facebook səhifəsində belə yazıb.

“Cəlal Arutyunyan bizim qəhrəmanımızdır və onun nümunəsi ilə nəsilləri tərbiyə etməliyik”. Separatçıların “başçısı” deyib.

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusunun PUA-sı Arutyunyanı və onunla avtomobildə gedən digər hərbçiləri sərrast atəşlə məhv edib. Onu “general-leytenant” Mikael Arzumanyan əvəz edir.

Qeyd edək ki, sentyabrın 27-dən etibarən Qarabağ münaqişəsi zonasında gərgin döyüşlər gedir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.

 

Mənbə: konkret.az