Dünyaca məşhur şəbəkədən Azərbaycana dəstək - FOTO

Dünyaca məşhur şəbəkədən Azərbaycana dəstək - FOTO

Dünyaca məşhur fastfud restoranlar şəbəkəsi “McDonald's” Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı əməliyyatlarına dəstək nümayiş etdirib.

Publika.az xəbər verir ki, restoranın Azərbaycandakı operatoru Ariz Kader “Bayrağımız Azərbaycanın bütün torpaqları üzərində dalğalansın!” ifadələrini yazıb.

Azərbaycan bayrağının əks olunduğu Qarabağdan çəkilmiş fotonun paylaşıldığı postda “Qarabağ Azərbaycandır!” yazısı diqqət çəkib.

Mənbə: publika.az