Bizim Vətən Müharibəmiz Qarabağ müharibəsidir

Bizim Vətən Müharibəmiz Qarabağ müharibəsidir

Bugün Azərbaycanın müzəffər ordusu Ali baş komandan İlham Əliyevinkomandanlığında torpaqlarımızı erməni işğalından azad etmək üçün Vətən müharibəsiaparır.

Təəssüflərolsun ki, 1828-ci il Türkmançay sazişindən etibarən Azərbaycanın şimal hissəsiÇar Rusiyası tərəfindən işğal edilmiş, bu zamandan etibarən Şimaıli Azərbaycan əhalisiÇar Rusiyasının, Sovet dövründə isə bolşevik Rusiyasının tərəfində “Vətənmüharibəsi”ndə iştirak etmişlər. Lakin bu dövrlərdə biz müstəqil olmadığımızüçün aparılan müharibələrdə könllü şəkildə deyil, imperiya işğalında olan birbölgə kimi müharibədə iştiraka məcbur edilmişik.

Hətta1941-1945-ci illər II Dünya müharibəsi dövründə bizi işğal edən Sovetimperiyası tərfindən digər işğalıçı olan alman faşizminə qarşı aparılan müharibədəiştirak etmişik. Bu “Vətən müharibəsi” dövründə Stalinin neft Bakısını məhv etməplanını, Azərbaycanlıların Orta Asiyaya sürgün planını, 1948-1953-cü illərdədöşlərində “Vətən müharibəsi” nişanı asılmış 200 min azərbaycanlının Qərbi Azərbaycandanqovulmasını, neftinə görə dünyanı faşizm işğalından xilas edən Bakıya qəhrəmanşəhər adının verilməməsini göz önünə gətirsək, iki diktatorun apardığı və ənazından 300 min azərbaycanlı vətəndaşımızın məhvinə səbəb olan bu müharibəyə “Vətənmüharibəsi” deyə bilərikmi?. Bu müharibə nəticəsində əldə olunan qələbə bizim Qələbəmizsayıla bilərmi?

 

Bugün Azərbaycanın öz ərazilərinin işğaldan azad olunması və bərpası uğrunda apardığışanlı müharibə bizim öz Vətən müharibəmizdir. Bu Vətən müharibəsi bizim Qarabağmüharibəmizdir. Qələbə bayramımız isə erməni faşistləri üzərində Qələbə günüolacaqdır. Bu müharibənin isə iki əsas qəhrəmanı vardır – Şanlı AzərbaycanOrdusu və bu Şanlı Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Yaşasın Azərbaycan!Qarabağ Azərbaycandır!

 

MübarizAğalarlı

AMEATarix İnstitutunun aparıcı elmi işçisi,

tarixüzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Mənbə: moderator.az