Ərdoğana kritik zəng: “Putin qəbul etdi ki…” – Qarabağda yeni gəlişmə

Ərdoğana kritik zəng: “Putin qəbul etdi ki…” – Qarabağda yeni gəlişmə

“Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda bütün tarazlığı dəyişdi”.

Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.

Ekspert Rusiya və Türkiyə liderləri arasında məsələ ilə əlaqədar son müzakirələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin sonda Qarabağ münaqişəsinin həllinin Türkiyəsiz mümkün olmayacağını anladı, razılaşmağa məcbur qaldı. Hesab edirəm ki, masada artıq Türkiyə də var. Rusiya anlamalıdır ki, Cənubi Qafqaz və buradakı situasiya tam dəyişib. 1988-ci ildən başlayan anti-Azərbaycan siyasəti və Dağlıq Qarabağın işğalı başa çatır, bu, bölgədə böyük dəyişikliyin əsasını qoyacaq. Artıq bu regionda yeni və güclü oyunçu var, bu da Türkiyədir.

Hesab edirəm ki, Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda bütün tarazlığı dəyişdi. Azərbaycan bu regionun ən güclü və ən öndə gedən dövlətinə çevrilib. Rusiya və digərləri də bunu görür. Bölgədəki dəyişikliyi qəbul etmək, həm siyasi, həm də iqtisadi baxımdan Rusiyanın xeyrinə olacaq. Qonşu dövlətlərlə münasibətlərini korlamaqdan istə heç nə qazanmayacaq, əksinə, bu onun əleyhinə işləyəcək”.

Əlavə edək ki, dünən Rusiya prezidenti türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son gəlişmələri müzakirə edib.

Mənbə: teleqraf.com