Vəzifəsindən götürülən, "milli qəhrəman" adı verilən "general" - Deyirlər işinin başına qayıdacaq

Vəzifəsindən götürülən, "milli qəhrəman" adı verilən "general" - Deyirlər işinin başına qayıdacaq

Srağagün xidməti avtomobili ilə Xocavənd rayonundakı hərbi hissəyə baş çəkməyə gedərkən ordu birləşmələrimiz tərəfindən vurulan "müdafiə naziri" Cəlal Arutyunyana "Artsaxın milli qəhrəmanı" fəxri adı verilib. Bu barədə qondarma rejimin rəhbəri Araik Arutyunyan fərman imzalayıb.

Qeyd olunur ki, C.Arutyunyan erməni xalqının müdafiəsinin təşkilində böyük şücaət göstərib, hazırda yaralıdır və yaxın vaxtlarda sıraya dönəcək.

İndilikdə onun yerinə general-leytenant Mikael Arzumanyan təyin edilib.

Dünən Azərbaycan Müdafiə Nazirliyi tərəfində yayılan videokadrlarda isə C.Arutyunyanın avtomobilinin dronla vurulduğu, maşında olan iki nəfərin cansız bədəninin yol qırağında atılmış vəziyyətdə olduğu görünür. Sual çıxır: əgər həmin adamlar yaralıydılarsa, nədən onlara tibbi yardım göstərilmirdi?

Belə anlaşılır ki, "DQR" rəhbərliyi C.Arutyunyanın öldüyünü etiraf etməməklə döyüşçülər arasında ruh düşkünlüyünün qarşısını almağa çalışır.

C.Arutyunyanın avtomobilinin vurulduğunu göstərən videonu yenidən paylaşırıq.

 

 

Mənbə: pia.az