"Kəndlərimizdə ermənilər qalsa, 30-40 ildən sonra eyni problemi yaşayacağıq" - Qarabağ qazisi

"Kəndlərimizdə ermənilər qalsa, 30-40 ildən sonra eyni problemi yaşayacağıq" - Qarabağ qazisi

“Ermənistanın dövləti də, ordusu da tükənib”.

Bunu KONKRET.az-a açıqlamasında Qarabağ qazisi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Firudin Məmmədov bildirib.

O, qeyd edib ki, Ermənistan kimdir ki, Azərbaycanın qarşısında at oynatsın:

“Ermənistan Azərbaycanla müqayisə olunmayacaq qədər zəifdir. Bir ay boyunca Azərbaycan Ordusu dünyanın gözü qarşısında onları darmadağın etdi. Bir çox dövlətlərin Ermənistana dəstək olub, silahlandırmasına, bizə qarşı olan təzyiqlərə baxmayaraq, Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək erməniləri darmadağın etdilər. Bu gün ermənilər çarəsiz vəziyyətdə qalıb. Ermənistan rəhbərliyi dünyaya müraciət etsə də ermənilərdən başqa bir könüllü gəlib döyüşmədi. Yalandan 3-5 nəfər gəldi. Onların da çoxusu döyüşə girmək istəmədi. Ona görə də uşaq, qadın, qoca demədən orduya aparırlar. Bu vəziyyət iki-üç gün çəkəcək, sonra da ordumuz tərəfindən mühasirəyə alınacaqlar və təslim olmaqdan başqa çarələri qalmayacaq”.

Firudin Məmmədov vurğulayıb ki, tezlikilə Ermənistan ordusu və xalqı da Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alacaq:

“Ali Baş Komandanın söylədiyi kimi, onların başından vurub torpaqlarımızın hamısını onlardan alacağıq. Şəhidlərimiz və həlak olan mülki əhalimizin intiqamını alacağıq. Ermənilərlə məsələni birdəfəlik bitirmək lazımdır ki, gələcək nəsillərimiz erməni virusundan əziyyət çəkməsinlər. Əminəm ki, hazırda ordumuzun da, Ali Baş Komandanımızın da məqsədi odur. Çünki bir kəndimizdə belə ermənilər qalsa, 30-40 ildən sonra eyni problemi yaşayacağıq. Ona görə də ermənilərin Azərbaycan torpaqlarından kökünü kəsmək lazımdır”.

 

Mənbə: konkret.az