İngiltərə sanksiyalara baxmayaraq Rusiya ilə əlaqələrini davam etdirəcək

İngiltərə sanksiyalara baxmayaraq Rusiya ilə əlaqələrini davam etdirəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi mümkün deyil, lakin London Avropa İttifaqından (Aİ) ayrı olaraq Moskva ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.

Bunu bu gün İngiltərənin Rusiya Federasiyasındakı səfiri Debora Bronnert "İngiltərənin Aİ-dən çıxması" adlı onlayn mühazirəsi zamanı söyləyib.

"Sanksiyaların aradan qalxacağını düşünmürəm, onsuz da qurulmuş bir rejimimiz var. Aİ ilə sanksiyalarda necə qarşılıqlı əlaqədə olacağımıza dair bir qayda var, ancaq maraqlarımızdan asılı olaraq biz ayrı-ayrılıqda hərəkət edə bilərik. Biz Rusiya ilə işimizi davam etdiririk. Razılaşmadığımız şeylərin siyahısı var", - deyə Bronnert bildirib.

Mənbə: TASS

Mənbə: eastnews.org