Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi

Bakı. Elçin Mehdiyev - Trend:

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib.

Trend-in məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: “Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalə şəkildə pislənməlidir. Möhkəm dayan Azərbaycan!”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Artıq söz yoxdur": YUNESKO yanında Daimi Nümayəndəlik

SONRAKI XƏBƏR

İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu