“Müharibə onlar üçün ianə toplamağın gözəl bir yoludur” - DEPUTAT

“Müharibə onlar üçün ianə toplamağın gözəl bir yoludur” - DEPUTAT

“Azərbaycanın mövqeyi aydındır. Cənab Prezidentimiz, Ali Baş Komadan öz mövqeyini açıq şəkildə bildirib. Ermənistan işğal etdiyi bütün ərazilərdən çıxmalıdır və danışıqlar prosesi başlamalıdır. Yəni Madrid prinsipləri əsas götürülür. Sadəcə olaraq, Ermənistan illərdir heç bir beynəlxa hüququ saya salmır”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in bir çox qərarları var, Ermənistan onu yerinə yetirmir: “Bu gün də Azərbaycan atəşkəs prinsipinə sadiq qaldığı halda, Ermənistan atəkəsi pozur. Hətta atəşkəs elan edildiyi vaxtdan heç 5 dəqiqə keşməmiş atəşkəsi pozur. Bu, birinci ondan irəli gəlir ki, artıq Ermənistanın baş naziri Paşinyan 2 ildən çoxdur erməni xalqını aldadır və verdiyi vədlərin heç birini yerinə yetirməyib. Ona görə nə qədər ki, bu döyüş gedir o, məzlum hala saldığı erməni xalqının başını aldada bilir. Digər tərəfdən, o, müharibə, Qarabağ adı ilə çoxlu ianələr toplayır. Bu ianələr də birbaşa onların cibinə axır. Yəni onlardan ötrü erməni diasporu, hansısa bir mərkəzi mütəmadi olaraq ermənilərə dəstək göstərir. Bu müharibə adından istifadə edib, maddi dəstəyin həcmini daha da çoxaldır. Bu ianələr illərlə əvvəlki prezidentlər kimi, indiki baş nazirin də özləri üçündür. Yəni atəşkəsi ona görə pozur. Müharibə, ağlayıb göz yaşları tökmək, Qarabağ adı ilə bu kimi yalvarışlar etmək onlar üçün ianə toplamağın gözəl bir yoludur və bununla belə, o, axıra qədər gedə bilməz”.

A.Hüseynov bildirib ki, Ermənistan, onun baş naziri, rəhbərliyi birmənalı olaraq Azərbaycan Respublikasının Prezidentinin mövqeyni artıq gördü: “Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüş meydanında gücünü, yumruğunu gördü və onlar artıq ağıllarını başlarına toplamalıdırlar. Konkret olaraq Madrid prinsiplərinin əsasında onların fəaliyyət göstərməsi, bu prinsip əsasında sülh proseslərinin getməsi onların yeganə çıxış yoludur. Yox. Azərbaycan ordusu necə ki, bir ay ərzində 4 rayonumuzu tamamilə boşaltdı. Çox güman ki, yaxın müddət ərzində də bütövlükdə işğal altında olan torpaqların boşaldılmasına Azərbaycan Ordusu nail olacaq. Sadəcə olaraq Azərbaycan sülh sevir, onun tərəfdarıdır”.

A.Hüseynov əlavə edib ki, Cenevrə görüşlərində əgər Ermənistan Madrid prinsiplərini qəbul edərsə və bu prinsiplərdən irəli gələn prosedurların həllinə konkret olaraq addımlar atarsa, bu, məqbul hesab olunur: “Yox. Azərbaycan ordusu öz sözünü deyəcək”.

Şamo Emin

Mənbə: publika.az