Türkiyə XİN:“Mülki əhaliyə qarşı terror siyasəti Xocalı qətliamını törədən xəstə düşüncənin təzahürü

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın Bərdədə mülkiləri hədəf almasına sərt reaksiya verib.

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada deyilir:

“Dünənki vəhşicəsinə hücumdan sonra Ermənistan Azərbaycanın münaqişə zonası xaricində olan Bərdə şəhərində mülki şəxslərə qarşı yeni vəhşicəsinə və xain bir hücum həyata keçirdi. Bu hücum nəticəsində ilk təyinetmələrə görə 21 nəfərin həyatını itirdiyi və 70-dən çox yaralı olduğu öyrənildi. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, Can Azərbaycana başsağlığı və dözüm arzulayırıq. Ermənistanın uşaq-böyük demədən, gənc-yaşlı fərqi bilmədən mülkilərə qarşı həyata keçirdiyi bu alçaq hücumları qınayırıq. Ermənistanın mülki əhaliyə qarşı terror siyasəti Xocalı qətliamını törədən xəstə düşüncənin təzahürüdür. İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən erməni rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət olaraq yerini aldı. Beynəlxalq ictimaiyyətin Ermənistana, xüsusən də Minsk qrupu həmsədrlərinə reaksiya göstərmə vaxtı gəldi.”

REAL-ın TÜRKİYƏ bürosu

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

“BƏM-ə müraciət olunub” - VİDEO

SONRAKI XƏBƏR

Əməkdar rəssam Faiq Abdullayev vəfat edib