“BƏM-ə müraciət olunub” - VİDEO

“BƏM-ə müraciət olunub” - VİDEO

Cəbhə xəttində nəzarəti əldən verən, buna rəğmən məğlubiyyətlə barışmaq istəməyən Ermənistan tərəfi buna Dağlıq Qarabağdan xeyli aralıda yerləşən müxtəlif şəhərləri, yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutmaqla cavab verir.

Gəncə, Mingəçevir, Tərtər, Goranboy, ardınca isə Bərdəni raket atəşinə tutub. Nəticədə onlarla insan ölüb, yüzlərlə insan isə yaralanıb. Amma bu terror hadisələrinə hələ də beynəlxalq təşkilatlar göz yumur. Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, ölkəmizə dəstək göstərdiyini deyən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, bununla bağlı Qeyri-Hökumət Təşkilatlarının etiraz aksiyaları keçirdiklərini bildirib.

Fondun sədri bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüklərini Ermanistanın törətdiyi terror aktlarını müzakirə etdiklərini də vurğulayıb.

REAL

Mənbə: www.realtv.az