Beynəlxalq subyektlər Ermənistanı cəzalandırmalıdır - Deputat

Beynəlxalq subyektlər Ermənistanı cəzalandırmalıdır - Deputat

“Ermənistanın mülki vətəndaşlarımıza qarşı törətdiyi bu terror siyasəti hərbi cinayətdir. Mütləq şəkildə beynəlxalq subyektlər bunu qınamalı, Ermənistan cəzalandırılmalı və tədbir görülməlidir”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, müharibə hərb meydanında gedir və mülki insanların yaşadığı ərazilərin qadağan olunmuş silahlardan atəşə tutulması qəbuledilməzdir: “Bu gün Ermənistanın baş naziri demək olar ki, döyüş bölgəsindəki hərbi birləşmələrə nəzarəti itirib. Orada əvvəlki müxalif ölkə rəhbərləri və yaxud da hərbi birləşmələrin rəhbərləri hansısa bir terror qrupları yaradaraq özfəaliyyətə keçiblər. Paşinyan artıq ölkədə nəzarəti itirib. Ermənistan ordusunda özbaşınalıq hökm sürür və terror əməllərini davam etdirirlər. Erməni hərbi birləşmələr nəzarətsiz şəkildə elan olunmuş humanitar atəşkəslərə riayət etmir. Bütün beynəlxalq qanunlar tapdalanırsa, mülki insanlarımıza qarşı belə bir əməllər törədilirsə, bu, Ermənistan hakimiyyətində özbaşınalığın olmasından xəbər verir. Mütləq şəkildə Ermənistanda yaxın günlərdə hakimiyyətdə dəyişikliklər olacaq. Son hadisələrin gedişatı onu deməyə əsas verir”.

Deputat qeyd edib ki, bütün bu olaylar, terror hadisələri dünya ictimaiyyəinə çatdırılmalıdır: “Biz hərbi hədəfləri vururuq və artıq kiminsə nəsə deyəcəyini gözləməli deyilik. Ermənilər həddini aşıb. Biz öz mədəniyyətimizi qoruyuruq və müharibə qanunları çərçivəsində haqq savaşımızı aparırıq. Ermənistan isə vəhşicəsinə dinc sakinlərimizi, uşaq və qadınlarımızı hədəf alır. Biz onların mülki insanlarına hörmətlə yanaşdıqca, daha çox azğınlaşırlar. Ermənilərin bu hərəkəti müharibənin miqyasının genişləndirilməsi və başqa ölkələri də münaqişəyə cəlb etmək məqsədi daşıyır. Ermənistanın bu hərəkətinin cavabı döyüş meydanında artıqlaması ilə verilir. Onların mülki insanlarına hörmətlə yanaşdıqca onlar daha çox azğınlaşır”.

Akqabay Mıradov

Mənbə: publika.az