İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat

İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat

Bakı. Elnur Bağışov – Trend:

İran öz ərazilərini işğaldan azad etmək istəyən Azərbaycanın milyonlarla müsəlmanına hərtərəfli və səmimi şəkildə dəstək verməlidir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Mahmud Abbaszadə Meşkini parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, İran bir sıra fərqli mövqelərə görə, hakimiyyətin dərin strategiyasını düzgün şəkildə yerinə yetirməlidir.

Abbaszadə Meşkini əlavə edib ki, bu məsələdə İranın qeyrətli xalqı, xüsusilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və digər vilayətlərdəki əhalinin emosiyaları və tələbləri nəzərə alınmalıdır.

Mənbə: az.trend.az