“Xankəndi başda olmaqla Qarabağın işğal olunmuş bütün əraziləri…”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket zərbəsi endirməsi cəmiyyət müharibə əhval-ruhiyyəsini daha da gücləndirib.

Yenisabah.az xatırladır ki, Ermənistan dünən və bu gün Bərdəyə “Smerç” yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Nəticədə 26 nəfər mülki şəxs dünyasını dəyişib, 40-dan çox adam yaralanıb.

Bu olaydan sonra cəmiyyət Xankəndinin vurulmasını gündəmə gətirib. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Xankəndi başda olmaqla Qarabağın işğal olunmuş bütün əraziləri müharibə meydanıdır. “Burada heç bir kənd, qəsəbə, şəhər dinc əhalinin yaşadığı yer hesab oluna bilməz. İşğal yeri dinc əhalinin yaşadığı yer hesab oluna bilməz!

Azərbaycan Ordusu bunu elan etməli və necə lazımdırsa düşmənə cavab verilməlidir. Başda Xankəndi olmaqla!”, - deyə İlham İsmayıl vurğulayıb.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

SONRAKI XƏBƏR

İrandan Azərbaycana narkotik gətirən qadına və şərikinə hökm oxundu