Susma, dünya ! – “Bərdə soyqırımı növbəti erməni vandalizmidir”

Susma, dünya ! – “Bərdə soyqırımı növbəti erməni vandalizmidir”

“Ermənilərin davamlı bu cür cinayətlərinə, uşaqları qətlə yetirməsinə kifayət qədər ciddi beynəlxalq reaksiya olmalıdır”

“Düşmən şiddətlə qınanmalı, bəşəri cinayətlərinə görə ittiham olunmalı, durdurulmalıdır”

“Azərbaycan ordusu döyüş meydanında bu cinayətlərin qisasını çox ağır alır və bundan sonra da alacaq”

“Hərbçilərinin cəsədlərindən də imtina edən Ermənistan terror siyasətini davam etdirir”

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Ordumuzun uğurlarını, qələbələrini, məğlub olduqlarını həzm edə bilməyən Ermənistanın cinayətkar hakimiyyətinin Bərdə şəhərinə raket atması və 20 nəfərdən çox insanın həlak olması, 70-dən artıq insanın yaralanması Azərbaycan xalqına qarşı erməni vandalları tərəfindən törədilən növbəti soyqırımı aktıdır:

“Düşmənin cinayətləri, mülki şəxslərimizi atəşə məruz qoyması Azərbaycan xalqının əzmini sındıra bilməz. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz düşmənin cavabını verir, verəcək də. Artıq onlar məğlub olduqlarını anladıqları üçün bu cür şərəfsiz və alçaq əməllərə al atırlar. Bu səbəbdən daha çox insanı qətlə yetirmək üçün qəsdən mülki əhalinin sıx olduğu əraziyə beynəlxalq qanunlarla qadağan edilmiş kasetli raket atəşi açırlar. Ermənilərin davamlı bu cür cinayətlərinə, uşaqları qətlə yetirməsinə kifayət qədər ciddi beynəlxalq reaksiya olmalıdır. Düşmən qınanmalı, bəşəri cinayətlərinə görə ittiham olunmalı, durdurulmalıdır”.

Ş.Həsənova vurğulayıb ki, ermənilərin növbəti təxribatına baxmayaraq, dünyanın susqunluğu onları daha da azğınlaşdırır:

“Ermənistan əmin olsun ki, Azərbaycan ordusu döyüş meydanında bu cinayətlərin qisasını çox ağır alır və bundan sonra da alacaq. Belə alçaq əməllər əslində bütün dünya bəşəriyyətinə qarşı atılan addımdır. İşğalçı, terroru dövlət siyasəti həddinə çatdıran Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır.

Eyni zamanda onun məqsədli müharibə cinayətləri beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, ümumilikdə beynəlxalq aləm tərəfindən şiddətlə qınanmalıdır”.

Mənbə: sherg.az