Türkiyədə ABŞ prezident seçkilərindən gözləntilər

Türkiyədə ABŞ prezident seçkilərindən gözləntilər

ABŞ-da prezident seçkiləri iki ölkə arasındakı gərginliklərin artması fonunda Türkiyədə çox maraqla izlənir. Bir çoxları Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla yaxşı əlaqəsi olduğunu düşünür, digərləri isə onun rəqibi Co Baydenin daha iddialı və praktiki bir yanaşma gətirəcəyinə inanır.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-la yaşanan gərginliyi daha da dərinləşdirərək, Vaşinqtonun Türkiyəyə qarşı sanksiya tətbiq etməsi riskini artırıb.

Ərdoğan Vaşinqtonun Türkiyənin bu yaxınlarda əldə etdiyi Rusiya istehsalı S- 400 raket sisteminin sınaqdan keçirməsinə qarşı qınağına cavab verib. ABŞ raket alışının ABŞ qanunlarına zidd olduğunu və bunun NATO müdafiə sistemlərini təhlükəyə atdığını bildirib.

NATO üzvü Türkiyənin Rusiya ilə əlaqələri dərinləşdirdikcə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etmək təhlükəsi artır.

Ancaq analitiklər ABŞ-Türkiyə münasibətləri gərginləşdikcə Ərdoğanın Trampla əlaqələrinin dərinləşdiyini deyir.

“Tramp Türkiyə ilə Vaşinqton arasında yeganə əlaqədir. Münasibətlər son bir neçə ildə o qədər gərgin idi ki, Ərdoğan və Trampın telefonu "qardaş" xətti adlandırılırdı. Bu, həqiqətən bir çox cəhətdən əlaqələrin tam kəsilməsinin qarşısını alan yeganə əlaqə olub" - deyə, Avropa Xarici Əlaqələr Şurasının üzvü Asla Aydıntaşbaş bildirib.

Tənqidçilər geniş beynəlxalq qınağa baxmayaraq, Trampı Türkiyənin ağırlaşan insan haqları durumuna göz yummaqda günahlandırır.

Trampın Ərdoğanla münasibətini kəskin tənqid edən Co Bayden Türkiyəyə qarşı daha iddialı bir mövqe vəd edir.

“Baydenin rəhbərliyi ilə ABŞ-ın Türkiyə münasibətlərində ənənəvi olaraq insan haqları və demokratiya haqqında daha çox danışılacaq. ABŞ həmişə bir yandan yağlayıb, digər yandan dağlamaq siyasindən istifadə edib. Bəli, biz sizin siyasi tərəfdaşınız olmaq istəyirik, eyni zamanda ölkənizin də qaydaya salınmasını istəyirik” , Aydıntaşbaş bildirib.

İraq, İran və Suriyanın qonşusu olan Türkiyə ABŞ və NATO müttəfiqləri üçün strateji əhəmiyyət kəsb edir.

Obama administrasiyası dövründə Bayden Ərdoğanla Suriya və digər qaynar nöqtələrlə bağlı iş aparmışdı. Ankara Bayden qalib gəlsə, onun demokratik praqmatikliyinə ümid bəsləyir.

“Hökümətlər həyati maraqlarına görə də irəliləyirlər. Yalnız NATO-da deyil, həm də Yaxın Şərqdə. Türkiyə olmasa Yaxın Şərqdə və Qara dənizdə çıxış olmaz” - deyə, Türkiyə prezidentinin müşaviri Mesut Caşın bildirib.

ABŞ-ın prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayayaraq, Türkiyə ilə nə ediləcəyi yaxın dörd il ərzində ən aktual və ən narahatedici problemlərdən biri olaraq qalacaq.

Mənbə: www.amerikaninsesi.org