Ceyhun Bayramov: “Müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab vermələri üçün hər şeyi edəcəyik”

Ceyhun Bayramov: “Müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab vermələri üçün hər şeyi edəcəyik”

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ermənilərin Bərdə şəhərinə raket hücumuna reaksiya verib.

Bu barədə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Bərdə şəhərində olanlar da daxil olmaqla, Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi və ədalət qarşısında cavab verməsi üçün əlindən gələni edəcək! Allah o günahsız mülki şəxslərin ruhuna əbədi rahatlıq versin!”, - deyə Ceyhun Bayramov bildirib.

#Azerbaijan will do its utmost that those responsible for #WarCrimes against the Azerbaijani peaceful population, including those in the city of #Barda, are held accountable & brought to #justice!
May God rest the soul of those innocent civilians in eternal peace.

— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 28, 2020

 

Mənbə: www.oxu.az