"İşğalçı ölkənin Rusiyanın dabanını yalayaraq oz mövcudluğunu qorumaqdan başqa əlacı da qalmayıb"

"İşğalçı ölkənin Rusiyanın dabanını yalayaraq oz mövcudluğunu qorumaqdan başqa əlacı da qalmayıb"

Rusiyanı bir daha ikibaşlı-ikiüzlü siyasət yürüdən dövlət kimi təqdim etməyi şəxsim olaraq gündəliyimdən çıxarmaq qərarına gəldim. Əgər 250 illik dövrü əhatə edən uzun bir zamanda həmişə birbaşlı siyasəti ilə erməninin yanında olubsa, daha nə hacət ki, onu ikibaşlılıqda-yəni həm orda, həm burda deyib günahlandıraq!!!!

Azərbaycan torpaqlarını parçalaya-parçalaya Qafqazlarda istər siyasi, istərsə də iqtisadi tabeçilik baxımından öz təsir və imkanlarını nəzarət altında saxlamaq üçün Rusiya Şimal dənizinin buzlaqlarına və kükrəyən dalğalarına təslim etdiyi bu mareanit ölkəni təsis etməklə yeganə məkri və niyyəti regionda Türkiyənin yerini və əhəmiyyətini azalmaqdan ibarət olmuşdur.

Təkzibedilməz faktdır ki, Azərbaycan dövlətindən fərqli olaraq bəşər siviliziyasına müsbət heç bir töhfə verə bilməyən işğalçı ölkənin Rusiyanın dabanını yalayaraq oz mövcudluğunu qorumaqdan başqa əlacı da qalmayıb. Kreml bu günün özündə belə ermənini dişi və dırnağı ilə müdafiə edir. Hərdən də bəzi tezislər ortaya atmaqla özünü hədəfdən yayındırmağa çalışır. Birləşdirici dini bir yaxınlıq da vardır ki, müharibə şəraitində bu amilin qəsdən şişirdilməsi müttəfiqlərin basqıçı siyasətinə əlavə stimul bəxş edir. Artıq erməni üçün bu ikinci siaha çevtilib.

Eçmiadzin kilsəsi dini tolerantlığı artıq bir tərəfə atıb. Əvəzində siyasi ambisiyalarla məşğuldur. Kilsə başçısı birinci Qareginin cavan-yaşlı, qadın-kişi, məktəb yaşlı demədən hamını-bütün xalqı müharibəyə çağırır. Bu göstərir ki, ölkənin dini lideri ilə siyasi lideri arasında cüzi fərq belə yoxdur. Hər ikisi qanın, dağıntıların, insan fəlakətinin tərafdarıdır. Birbaşlı siyasətin dönməz müdafiəçisi olan Rusiya isə buna heç bir münasibət bildirmir. O cümlədən Qərbdən də bir səs eşidə bilmədik. Budurmu ədalət, haqq və həqiqət!?

Təsəvvür edirəm belə bir Allahsızlıq, bəşəri dinlərin, müqəddəs kitabların qəbul etmədiyi bu cür qeyri-insani hərəkət bizdə baş versəydi, necə də üzərimizə tökülüşürdülər!? Rusiyalı jurnslist və ermənipərəstliyi ilə ad qazanan Salovyov daxil xristian dininə mənsub olan məhşur qələm sahibləri göydən başımıza daşı dolu kimi yağdırardılar. Bəs Rusiya nə etdi!? 102-ci hərbi bazasından güclü silah-sursat arselanını daşıyıb dövləti cinayətə yol verən "Boş" nazir Paşinyana təhvil verdi. O da hədiyyə şəklində təchiz edildiyi artilleriya atəşi ilə Bərdəni vuraraq 4 günahsız mülki vətəndaşımızı, bir də 8 yaşında olan körpəni qanına qəltan elədi. İndi sual edirəm, bu siyasət birbaşlıdır, yoxsa ikibaşlıdır!?

P.S.Bərdə yenidən vuruldu. 21 şəhidimiz, 70-ə yaxın yaralımız var.

Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev bəyan etdi ki, Bərdə qisasımız yerdə qalmayacaqdır. Bu ağır yolda Ona uğurlar arzulayıram.

Eldar Sabiroğlu

keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

 

 

Mənbə: moderator.az