Tramp və Bayden - İki namizəd, iki fərqli seçim

Tramp və Bayden - İki namizəd, iki fərqli seçim

ABŞ-da seçicilər prezident Donald Trump ilə keçmiş demokrat vitse-prezident Co Bayden arasında seçim etməkdə çətinlik çəkməməlidir.

Namizədlərin bir çox məsələdə və hər şeydən əvvəl koronavirus pandemiyası ilə əlaqəli mövqelərindəki fərqlər çox açıqdır və seçicilərə iki fərqli variant təqdim edir.

Seçicilər üçün gələcək dörd ildə ölkənin alacağı istiqamətin tamamilə müxtəlif iki forması mövcuddur.

Ümumiyyətlə, prezident Tramp dörd il əvvəl öz kampaniyasını necə aparırdısa, öz yolunu bir respublikaçı ikonoklast (mövcud normalara məhəl qoymayan üsyankar) kimi davam etdirdi.

Onun digər ölkələrlə də münasibətlərdə "Əvvəlcə Amerika" fəlsəfəsi uzunmüddətli müttəfiqləri ilə əlaqələrini sınağa çəkdi.

Daxili siyasətdə isə ABŞ dövlət başçısının icra hakimiyyətləri ilə davamlı olaraq artan gərginlikləri onu zaman-zaman federal məhkəmə orqanları ilə üzləşdirdi.

Bayden isə əksinə, kampaniyasını böyük mütərəqqi siyasi mövqelərin birləşməsi ilə ölkəni ənənəvi bir siyasi formaya qaytaracağı vədi ilə aparır. Burada daha azı Twitter və kütləvi mitinqlər, daha çox detallı debatlar və qanunvericilik razılaşmaları nəzərdə tutulur.

Koronavirus pandemiyasının səbəb olduğu artan gündəlik yoluxmalar, 225 000-dən çox ölüm halı ilə Tramp administrasiyasının virusla mübarizə planı əsasən yoluxanlar üçün vaksinlər hazırlanmasını nəzərdə tutur. Planda yayılma dərəcəsinin azaldılması üçün birgə səylərə yer verilmir.

Bazar günü Ağ Ev administrasiyasının rəhbəri Mark Meadovs açıq şəkildə administrasiyanın virusu “idarə edə” biləcəyinə inanmadığını deyib.

Administrasiya və prezidentin özü ictimai səhiyyə mütəxəssislərinin infeksiya dərəcələrini kəskin şəkildə azalması və həyatların xilası üçün vacib saydıqları maskaların əhəmiyyətini azaldır.

Co Bayden hazırkı dövlət başçısını koronavirusla mübarizədən imtina etməkdə günahlandırıb. O, vaksinlər və terapevtik müalicələrin inkişafını dəstəkləyir, eyni zamanda virusun qarşısını almaq üçün federal yanaşmanın aktivləşdirilməsinin tərəfdarıdır.

Bayden dəfələrlə ümummilli bir maska mandatının həm qanuni, həm də zəruri olduğuna inandığını deyib.

O deyib ki, prezident həkimlərin daha çox pul qazanmaları üçün rəqəmləri şişirdiklərini bildirib.

Həm Tramp, həm də Bayden məktəblərin açılmasını dəstəkləsə də, Bayden məktəblərin təhlükəsiz açılmasına yardım etmək üçün federal maliyyə yardımı, Tramp isə yenidən açılmayan məktəblərdən federal pulların alınmasını təklif edir.

Milli təhlükəsizlik, federal məhkəmələr, ticarət, vergi, sağlamlıq sığortaları, hüquq-mühafizə sahəsi, irqi münasibətlər, iqlim dəyişikliyi kimi məsələlərdə də koronavirusla mübarizə, xarici və daxili siyasət mövqelərindəki fikir ayrılıqları olduqca dərindir.

Mənbə: www.amerikaninsesi.org