ABŞ: Rusiyanın qarşısını almaq üçün...

ABŞ: Rusiyanın qarşısını almaq üçün...

Lazım gələrsə, ABŞ Avropada orta və qısa mənzilli hipersəsli raketlər yerləşdirə bilər.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn deyib.

“Orta və Qısa mənzilli raketlərin məhvi anlaşmasından çıxdıq. Hipersəsli silahlar, ballistik raketlər istehsal edirik. Biz həmçinin belə sistemləri ehtiyac yaranacağı təqdirdə Rusiyanın qarşısının alınması üçün Avropaya yerləşdirəcəyik”, – deyə Obrayn bildirib.

Mənbə: konkret.az