Rəsmi Bakı ərazilərini separatçılardan təmizləmək üçün niyə 30 il gözlədi?

Rəsmi Bakı ərazilərini separatçılardan təmizləmək üçün niyə 30 il gözlədi?

Vladimir Putin:

"Hərbi əməliyyatlar

Ermənistanın ərazisində

getmir" (07.10.2020)

Sergey Lavrov:

"Bu, Azərbaycanın daxili

işi ilə bağlı mövzu deyil"

(17.01.2017)

Elxan Şahinoğlu:

"Bunun çox sadə cavabı

var, dünyanın mövqeyni dəyişən bugünkü savaş meydanıdır"

Hikimət Hacızadə:

"Məsələyə təsir edən amillər sırasında Türkiyə faktoru həlledicidir"

Bu gün çoxları özü-özünə sual verir - ordumuz bu gücə qadir olduğu halda biz nə üçün otuz il gözləmişik? Bəli, siravi Azərbaycan vətəndaşı üçün bu sual aktual və əsaslı görünür. Amma bu illər ərzində ATƏT-in Minsk Qrupunun Madrid prinsiplərində (bu konfliktin sülh yolu ilə həllində baza prinsipləri sayılır) Azərbaycanın ərazi bütövlüyü tanınsa da, Ermənistan qoşunlarının dərhal işğal edilmiş əraziləri tərk etməsini nəzərdə tutsa da, təmaslar zamanı ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrilərdən sözügedən prinsiplərin etirafı barədə ifadələri "kəlbətinlə" qoparırdıq. Onlar bu baza prinsiplərini təkrarlamağı xoşlamırdılar, hansı ki, onlar yalnız bu prinsiplər daxilində münaqişəni sülh yolu ilə çözməyi öhdələrinə götürmüşdülər. Bütün danışıqlarda işğalçı Ermənistanla zərər çəkmiş Azərbaycanı bərabər səviyyədə qəbul edir, hətta, bir çox hallarda Ermənistanı qalib statusunda xarakterzə edəroək, rəsmi Bakıdan güzəşt tələb edirdilər. Qalib-məğlub xarakterli status-kvo müəyyənləşdirir, yeni təmas xətlərinə istinad edir və s.

Həmsədr ölkələr içərisində Rusiya daha önə çıxaraq, Azərbaycanın işğal edilmiş bütün ərazilərini "mübahisəli ərazi" kimi qəbul edir, Azərbaycanla da bu tərzdə davranırdı. 2017-si ilin 17 yanvar tarixində Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq zamanı jurnalistin "Bakı işğal edilmiş ərazilərdə anti-terror əməliyyatlarına başlayarsa Moskvanın mövqeyi necə olacaq, Moskva buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?", - sualının cavabında demişdi: "Bu, Azərbaycanın daxili işi ilə bağlı mövzu deyil, münaqişənin qızğın vaxtı BMT Təhlükəsizlik Şurası xeyli qərar qəbul edib və atəşin dayandırılmasını tələb edib. RF və ATƏT-in vasitəçiliyilə atəşkəsin baş tutduğu vaxtdan bu yana işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir".

Hazırda isə Rusiya prezidenti Vladimir Putin Ermənistanın onlara ünvanladığı kömək müraciətinə cavab olaraq deyib: "Bilindiyi kimi, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir».

Maraqlıdır, müxtəlif vaxtlarda səsləndirilməsinə baxmayaraq, eyni siyasi komandanın üzvləri olan S.Lavrovla V. Putinin fikirləri arasında kəskin siyasi vektorial fərq var. Birinci bildirir ki, ərazisində anti terror əməliyyatı aparmaq Azərbaycanın daxili işi deyil, digər isə deyir ki, Azərbaycan öz ərazisində əməliyyat aparır, biz müdaxilə edə bilmərik. Sözsüz ki, bu fikirlər müxtəlif vaxtlarda səsləndirilib, həmin vaxt S.Lavrovun mövqeiyi həm də elə Rusiya prezidentinin fikri kimi xarakterzə edilə bilər, və yaxud da əksinə. Deməli bu siyasi mövqeyin dəyişilməsidir. Üç il ərzində nələr oldu, nə baş verdi ki, beynəlxalq ictimaiyyətin, super dövlətlərin mövqeyi 180 dərəcə dəyişdi? Məsələni siyasi şərhçilərlə müzakirə etmişik.

Sualımıza ilk olaraq "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırdı: "Bunun çox sadə cavabı var, dünyanın mövqeini dəyişən bugünkü savaş meydanıdır. Mən 20 ildir, deyirəm, nə qədər ki, biz güc ortaya qoymamışıq, bu danışıqlar heç bir faydan verməyəcək, danışıqlar masasında güclü olmaq üçün hərb meydanında güclü olmalısan. 27 sentiyabır əməliyyatlarına qədər bizə şərtlər diktə etməyə çalışırdılar, müxtəlif tələblər irəli süyrürdülər. Amma ordumuz qələbə ilə irliləyəndən, bir neçə rayonu qısa müddətdə azad etdikdən sonra beynəlxalq oyunçular artıq valı dəyişiblər. Rusiyada söz sahibi S. Lavrov yox, V. Putindir, o da qeyd etdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə də biz prosesə müdaxilə edə bilmərik. Bununla da konfliktə Rusiyanın müdaxiləsi məsələsinə nöqtə qoyuldu. Müharibənin birinci 3-4 günü bizim üçün kritik idi ki, görək reaksiyalar necə olacaq, hansı təzyiqlər göstəriləcək. Təzyiqlər indi də var, amma bu təzyiqlər bizə manie olmur, işimizi davam etdiririk. Artıq nə Amerika, nə Fransa, nə də Rusiya bizim əl-qolumuzu bağlaya bilməz. Olar da başa düşür ki, Azərbaycan geri çəkilən deyil, əgər Ermənistanı xilas etmək istəyirlərsə, rəsmi İrəvanın Dağlıq Qarabağ bölgəsindən əl çəkməsini təmin etməlidirlər. Təsadüfi deyil ki, bu istiqamətdə müəyyən açıqlamalar da eşidirik. Məsələn, V. Putin «Valday klubu»nun iclasında bildirdi ki, uzun müddət Azərbaycan torpaqları işğal altında qala bilməz. Bu artıq Rusiya prezidentinin bizim ordunun əməliyyatlarına haqq qazandırması deməkdir. Bununla yanaşı, eyni gündə ABŞ-ın NATO-dakı təmsilçisindən açıqlama gəldi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Yəni dünya gücləri artıq valı dəyişiblər. Bəs bu əvvəl niyə yox idi? Çünki biz güc ortaya qoymurduq, elə bilirdilər ki, Azərbaycan hər şeylə razılaşacaq. Həm də istəmirdilər ki, Azərbaycan Ermənistan üzərində hökmüranlıq etsin, qələbə qazansın, Dağlıq Qarabağda nəzarəti ələ keçirsin. Amma indi reallıq dəyişib, bunu prezident İlham Əliyev də vurğuladı. Reallıq fərqlidir, dünya bu reallıqla razılaşmalıdır. O ki qalda baza prinsiplərinə, artıq bunun müzakirəsi mənasını itirib, çünki biz özümüz baza prinsiplərini və BMT-nin qətnamələrini bugün - A.N icra edirik. Bildiyiniz kimi, sabah Cenevrçədə görüş keçiriləcək, bu görüşdən də heç bir nəticə gözləmirəm. Çox təəssüflər olsun ki, yenə iki hədəfə nail olmaq istəyirlər - atəşkəs və danışıqlar. Bu isə bizim maraqlara ziddir, atəşkəs əbədi ola bilməz, danışıqlar əbədi davam edə bilməz, real addımlar atmaq lazımdır, hansıki biz bununla reallıqları dəyişdik. Getdikcə bütün dünya bu reallıqlarla razılaşacaq, çünki bizim yolumuz haqq yoludur, beynəlxalq hüquqa uyğundur".

Politoloq Hikimət Hasızadə məsələyə münasibət bildirərkən birinci yerdə Türkiyə faktorunu vurğuladı: "Məsələyə təsir edən amillər sırasında Türkiyə faktoru həlledicidir. Axır ki, Ərdoğan ərəbləri bir kənara qoyaraq üzünü Azərbaycana çevirdi. Azərbaycana silah verdi, hərbiçilərə təlim keçmək, Türkiyənin hərbi akademiyalarında təhsil almağa şərait yaratdı, bizə siyasi dəstək verdi, beynəlxalq arenada bizi müdafiə etdi. Türkiyə bəyan etdiki, kim bu məsələyə qarvşsa türk ordusun qarşısında görəsək. İkincisi, Rusiya Nikol Paşinyandan narazıdı, çünki o Qərbyönlü siyasət yürütdü, dedi ki, biz gedirik Avropaya. Ruslarda dedi ki, biz əlimizi çəkirik, Azərbaycanla təkbətək döyüş, yəni Qarabağı yox, hara gedirsən get. Rusiya müdaxilə etməməklə Paşinyanı ona qarşı addımlarına görə cəzalandırır. Üçüncüsü, Rusiya ona dirsək göstərən Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaq istəmir. Bəllidir ki, Rusiya Azərbaycan və Türkiyə ilə sıx iqtisadi və siyasi əməkdaşlığı mövcuddur. Bütün bu aimllər Rusiyanın və dünya güclərinin mövqeinin dəyişməsinə səbəb oldu".

Akif Nəsirli

Mənbə: paralel.az