Vətən canımız,şəhidlər andımız, qazilər tacımızdır

Vətən canımız,şəhidlər andımız, qazilər tacımızdır

Sübutum qanlı paltarım və ölən cismimdir

Artıq bir aydan çoxdur ki,rəşadətli Azərbaycan Ordusu erməni işğalına qarşı haqq savaşındadır. Bu savaş vətən müharibəsi adlanır və tarixə də bu adla düşəcək. Çünki müxalifətli-iqtidarlı hamı müzəffər ordumuza kömək edir, arxa cəbhədə olanlar ön cəbhə üçün çalışırlar. Bir sözlə, Azərbaycan cəmiyyətində hamı cəbhə üçün,hər şey cəbhə üçündür.

Müharibə gedir və hər iki cəbhədə ölən və öldürən var. Maraqlıdır ki, ölən və öldürənlərin statusu barədə AzərSübutum qanlı paltarım və ölən cismimdir baycan və Ermənistan cəmiyyətində fikir eynidir. Hər iki tərəf ordusundan öləni şəhid, öldürəni isə qazi kimi tanıyır. Bəs kim haqlıdır? Bunun üçün Rəbb kəlamlarından çıxarılan hikmətə nəzər salaq.

Bütün səməvi kitablara görə,bəndə canını malını,söz azadlığını,dinini və gələcək nəslini qorumalıdır. Əgər bu beş şərtin yerinə yetirilməsində can tələb olunarsa,bəndə son vasitə kimi canını qurban verir. Belə ölən dirilərə şəhid deyilir. Yəni şəhid qanlı paltarı və ölən cismi ilə Allahın ,,Şəhid" isminin təsəllisini özündə daşıyır və sanki deyir ki, ,,baxın,mən bütün vasitələrdən istifade etdim,son vasitə kimi canını Allah rızası üçün qurban verdim. Sübutum qanlı paltarım və ölən cismimdir."

Şəhiddən fərqli olaraq qazi isə əksinə,cismən ölmür,öldürür və buna görə də Rəbbindən Cənnət mükafatını alır. Göründüyü kimi, dinin beş varlıq qayəsi uğrunda ölən şəhidlə həmin qayə uğrunda öldürən qazi arasında elə bir fərq yoxdur. Biri sağ ikən,digəri öləndən sonra cənnətlə müjdələnir. Bu tezisi Rəbbimiz belə açıqlayır: ,,Allah yolunda öldürülənlərə ölülər deməyin,onlar diridirlər. Lakin siz onu dərk etməzsiniz" (Bəqara 154); ,,Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin can və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın alıb... Bu,ən böyük qurtuluş və uğurdur" ( Tövbə 111). Ayədə yer alan ,,vuruşub öldürən" qazi, ,,vuruşub öldürülən" isə şəhiddir.

Göründüyü kimi, Rəbbimiz hər üç kitabında-Tövrat,İncil və Quranda onun uğrunda vuruşub həm ölənə,həm də öldürənə Cənnət vəd edir. Və bu postulat hər üç dində- İudaizm,Xristianlıq və İslamda mütləqdir. Belə olan halda ermənilərdən ölənləri şəhid,öldürənləri isə qazi adlandırılması nə dərəcədə doğrudur? Suala cavabı müharibənin mahiyyəti açıqlayır. Müharibə Azərbaycan torpağında baş verdiyinə görə bu savaş Azərbaycan üçün haqq, Ermənistan üçün batildir. Başqa sözlə, Azərbaycan öz xalqının salamatlığını,yeraltı və yerüstü sərvətlərini,azadlığı və suverenliyini, dinini və gələcək nəslini qorumaq üçün savaş edir ki,bu da Allah yolunda vuruşun özüdür. Ermənistan isə təcavüzkardır, işğal etmək üçün vuruşur. Həmin səbəbdən torpaq erməni əsgərinin ayağının altından qaçır,onu məğlub edir...

Xristian mənbələri (!) sübut edir ki, ermənilərin dövləti saxta,inancları isə küfr üzərində qurulub. Həmin səbəbdən belə bir təcavüzkar toplumun şəhid və qazi statusuna iddia etməsi nə Tövrata, nə İncilə, nə də Qurana uyğundur. Bir qrup başıpozuq erməninin məqsədi öz hərbi-siyasi ambisiyasını yerinə yetirmək üçün erməni analarını gözüyaşlı qoymaqdır. Lakin övladlarını batil savaş uğrunda itirən erməni analarının intiqamı da çox uzaqda deyil. Kim bilir,bəlkə də erməni analarının paşinyanlardan,sərkisyanlardan və daha neçə ,,yan"lardan alacağı intiqam Azərbaycan Ordusunun aldığı intiqamdan daha ağır olacaq.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Mənbə: paralel.az