İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Ərağçidən ÖZƏL açıqlama

İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Ərağçidən ÖZƏL açıqlama

Bakı. Elnur Bağışov - Trend:

İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir.

Bunu Trend-ə açıqlamasında İran Xarici İşlər nazirinin müavini və İran Prezidentinin xüsusi elçisi Seyid Abbas Ərağçi deyib.

S.A.Ərağçinin sözlərinə görə, İran qeyri-hərbi obyektlərə hücumu qətiyyətlə pisləyir: "Bu, İranın şəffaf mövqeyidir. Günahsız insanlara hücumlar etmək dərhal dayandırılmalıdır. Azərbaycan xalqı və dövlətinə şərik çıxırıq. İran öz səylərini artıracaq ki, sivillərin öldürülməsinin qarşısı alınsın. İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir".

Mənbə: az.trend.az