Serdar Akyol: "Qarabağ sonsuza qədər Azərbaycandır"

Serdar Akyol: "Qarabağ sonsuza qədər Azərbaycandır"

Türkiyənin Sonnoktahaber.com xəbər portalı və "Ülkem TV"nin rəhbəri, jurnalist Serdar Akyol Sonxeber.az xəbər portalı vasitəsilə Bərdədə yaşanan faciəyə Dünya Birliyini səssiz qalmamağa, Ermənistanın bu vəhşiliyini qınamağa çağırışı edib.

"Bütün dünyanın gözleri önündə bir vəhşilik yaşanır. Ermənistan insanlıq, savaş cinayəti törədərək məsum uşaqları, dinc əhalini qətlə yetirərək soyqırım törədir. Tökülən bu qanda ermenilərin bu vəhşiliyinə səssiz qalan, tərəf tutan, "hamımız erməniyik" deyən onları dəstəkləyən hər kəsin əli var.
Ermenistan bu cəsarəti hardan alır? Yoxsul Ermenistan bu qədər silah, raketi hansı pulla alır? Bu silahlar necə, hansı yollarla Ermenistana göndərilir?
Ermenistanın belə davranmasının bir səbəbi zamanında törətdikləri Xocalı Soyqırımına görə cəzalandırılmadıqları üçündür. Amma bu dəfə belə olmayacaq. Bütün etdiklərinin hesabını vereceklər.
Azerbaycan, Ermənistan kimi alçaq yollara əl ataraq dinc əhalini hədəf almadan toroaqlarını işğaldan azad edir. Bugün erməni alçaqlığıma səslərini çıxarmayanları, Azərbaycana dəstək verməyənləri də qeydə aldıq.
Hər zamanda Azərbaycanın yanında olacağıq, bunu həmişə belə bilsinlər!

QARABAĞ SONSUZA QƏDƏR AZƏRBAYCANDIR."

Mənbə: sonxeber.az