Fransalı diplomatdan TARİXİ DƏRS: "Dağlıq Qarabağ böhranını ölkəmizə gətirməməliyik"

Fransalı diplomatdan TARİXİ DƏRS: "Dağlıq Qarabağ böhranını ölkəmizə gətirməməliyik"

Franda Parlamentinin Xarici İşlər Komissiyasının və NATO Parlament Assambleyasının üzvü Jan-Lük Reintzer (Jean-Luc Reintzer) Fransa parlamentinə və öz həmkarlarına müraciət ünvanlayıb.

Publika.az deputat Reintzerin həmin məktubunu təqdim edir.

Əziz, Həmkarlar!

Ötən çıxışımdan bir neçə maddəni yenidən nəzərinizə çatdırmaq istəyirəm.

- 1999-cu ildə Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin Azərbaycana məxsus 7 rayonu işğal edib. Həmin tarixdən bəri Azərbaycanın ərazi bütövlüyü sual altındadır.

- Bu işğalçılıq siyasəti BMT Təhlükəsizlik Şurasının 4 dəfə ardıcıl olaraq qəbul etdiyi 822,853,874, 884-cü qətnamələrinə əsasən pislənib və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini azad etməsi tələb olunub.

- Fransanın Misk Qrupuna qəbul edilməsi ABŞ və Rusiya ilə birgə bu ərazi münaqişəsini çözmək üçün ədalətli qərar vermək məqsədi daşıyır.

Məhz buna görə xatırlatmaq istəyirəm ki, Fransa münaqişənin çözümündə neytrallıq və obyektivlik nümayiş etdirməlidir.

İşğalçı dövləti dəstəkləyərək Fransa bir sıra beynəlxalq hüquqa qarşı çıxmış olur.

Hörmətli, Həmkarlar!

Biz Dağlıq Qarabağ böhranını ölkəmizə gətirməməliyik.

Beynəlxalq hüquqa və BMT-nin qərarlarına qarşı çıxmadan, əhalinin sülh içərisində yaşamasını təmin etməliyik.

Əks halda Fransanın beynəlxalq aləmdə imici getdikcə zədələnəcək, müttəfiqlərimizlə olan diplomatik münasibətlərimizə xələl gələcək.

Kər kəs ölkəmizin mənafeyini düşünməli, və bu yöndə öhdəsinə düşən vəzifəsini icra etməlidir.

Leyla Sarabi

Mənbə: publika.az