Bu dəqiqəyə qədər..- Səxavət Məmməd cəbhədən yazır

Bu dəqiqəyə qədər..- Səxavət Məmməd cəbhədən yazır

Səhər saatlarından onsuzda erməni tərəfi humanitar atəşkəsə məhəl qoymurdu. Ağdam və Tərtərin yaşayım məntəqələri vurulub. Ən son isə Bərdədə yaşanan. Təkrar edirəm bu terrordur. Çünki raketlərin düşdüyü ərazinin heç bir istiqamətində hərbiyə aid bir şey yoxdur. Döyüş meydanında məğlub olduqca, qoyub qaçdıqca yaşayış məntəqələrini hədəf alırlar. Səbəb də panika yaratmaqdır. Bu gün Bərdədə tam əksin gördüm. Hadisədən sonra könüllü yazılmaq üçün hərəkətə keçdilər.
Cənub cəbhəsi öz işini uğurla görür. Ad çəkmək mənlik deyil, ancaq bir neçə istiqamətdə erməni tərəfinin hücumunu dəf edib, dərinliyi daha da artırıblar. Qarakənd susub, susdurulub. Şimal cəbhəsində də artilleriya döyüşü davam edib. Müşahidə etdiyim təkcə bir istiqamətə 5 texnikaları yandı.
Bir istiqamətə erməni tərəfinin artıq təminat yolları demək olar qalmayıb. Bundan sonra yəqin helikopterlə ərzaq və sursat gətirəcəklər. Onun da bir-ikisi vurulsa, məsələ bitəcək.
Anlayıram, Bərdəyə görə hər kəs pis olub. Hər şeyi gözüylə görən biri kimi mənə daha pis təsir edib. Düzdür, belə şeyin təsəllisi olmaz. Bildiyim bir şey var ki, qisası hərbçilərindən alınır.
 

Mənbə: teref.az