Paşinyan etiraf etdi: Rusiya sərhədçiləri Azərbaycanla sərhəddə yerləşdirilib- QALMAQALLI ÇIXIŞ

Paşinyan etiraf etdi: Rusiya sərhədçiləri Azərbaycanla sərhəddə yerləşdirilib- QALMAQALLI ÇIXIŞ

Ermənistanın Azərbaycanla sərhədinə Rusiya sərhədçiləri yerləşdirilib.

Cebhe.info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib. Baş nazir deyib ki, bunda qeyri-adi heç nə yoxdur. Rusiya sərhədçiləri əvvəl də Ermənistanın Türkiyə və İran sərhədində olub. İndi isə vəziyyət nəzərə alınaraq həm də Azərbaycanla sərhədə gətiriliblər.

Paşinyan bunu EFE ispan agentliyinə müsahibəsində deyib. Müsahibəni Paşinyanın 20 oktyabrda verdiyi Ermənistan hökuməti tərəfindən təsdiqlənib. EFE agentliynin yaydığı müsahibədə bu hissə çıxarılıb. Ancaq müsahibəni götürən jurnalist Pablo Qonzalez müsahibənin əsas variantını “RİA Novosti” agentliyinin müxbirinə göstərib. Həmçinin Paşinyanın dediklərini öz sosial şəbəkə hesabında yayıb.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: cebhe.info