Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm

Bakı. Trend:

Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçsı bildirib:

"Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistanın, Azərbaycanın və Rusiyanın rəhbərlərinin - prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistanın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlamada xüsusi rol oynayır. Çünki Rusiya həm də tarixən istər Ermənistanla, istərsə də Azərbaycanla həmişə sıx əlaqə saxlayır və bu gün siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycanla və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Buna görə, əlbəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq".

Mənbə: az.trend.az