“7 yaşlı qızın həlak olmasına baxmayaraq, biz mülki şəxsləri bombalamayacağıq”

"Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik".

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, biz onlara döyüş meydanında cavab verəcəyik: "Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq".

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Taylandda millət vəkili kürsüdə qolunu KƏSDİ

SONRAKI XƏBƏR

Çernobıl əlilinin Prezident Əliyevə sözü – Bir kəşfiyyatçı kimi...