50 milyon azərbaycanlının lideri kimi qarşınızda baş əyirəm – Cəbrayıllı köçkün Biləsuvardan Prezidentə belə yazdı...

50 milyon azərbaycanlının lideri kimi qarşınızda baş əyirəm  – Cəbrayıllı köçkün Biləsuvardan Prezidentə belə yazdı...

“Sizi və xalqımızı Qarabağ cəbhəsində əldə edilən böyük qələbələr münasibəti ilə bütün varlığımızla təbrik edirik!

Rəhbərliyiniz və qətiyyətinizlə əldə edilmiş bu qələbələr nəticəsində biz məcburi köçkünlər özümüzü həyata yeni doğulmuş kimi hiss edirik.

Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən misli görünməmiş hərbi taktiki gedişlər dünyada yüzlərlə mövcud olmuş hərbi taktikalarin dəyişməsinə, hərb elminin yenidən işlənib hazırlanmasına və Azərbaycanın bu işdə örnək olmasına səbəb olmuşdur.

Tariximizdə Azərbaycanın ərazi bütövlüyünü təmin edən şəxs və 50 milyonluq azərbaycanlının Lideri kimi Sizin qarşınızda baş əyir və Sizin kimi Liderimizin olmasından qürur hissi keçiririk.

Tanri Sizi qorusun, cənab Prezident, yaşasın Ana Vətən Azərbaycan! Yaşasın rəşadətli Azərbaycan Ordusu!”

Bu fikirləri Biləsuvar rayonunda yaşayan Cəbrayıl rayonundan məcburi köçkün Aydın Əliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com