Qobustan şəhər 1 saylı məktəbin tarix müəllimindən Prezidentə məktub...

Qobustan şəhər 1 saylı məktəbin tarix müəllimindən Prezidentə məktub...

Qobustan rayonundan Qobustan şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Vüsalə Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

“Bir azərbaycanlı kimi mən də böyük sevinc içindəyəm. Şanlı, müzəffər ordumuzun qələbəsi, azad olunmuş torpaqlarımızda məğrur dalğalanan bayrağımız hər birimizdə qürur hissi doğurur. Biz qarabağlı olmasaq da, həmişə şagirdlərimizlə o yerləri həsrətlə anardıq, yad edərdik. Siz bu həsrətə son qoydunuz, cənab Prezidentimiz. Sizi bu möhtəşəm qələbə münasibətilə öz adımdan və şagirdlərim adından səmimi qəlbdən təbrik edirik. Allah Sizə uzun ömür və cansağlığı nəsib etsin. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin davam etdirilməsində Tanrı Sizə yar olsun” - deyə V.Hüseynova ölkə başçısına müraciətində qeyd edir.

Mənbə: www.baki-xeber.com