Erməni yazar Putini təhqir etdi

Erməni yazar Putini təhqir etdi

Ermənistanın Armenianreport.com saytının yazarı Qalust Qriqoryan Rusiya və onun prezidenti erməniləri satmaqda ittiham edib.

Onun müəllifi olduğu “Rusiyanın yalnızlığı – satqınlığın əvəzi” adlı məqalədə müəllif baş nazir Mixail Mişustinin bir neçə gün əvvəl Rusiyada süni intellektin inkişaf etdirilməsinin vacibliyi barədə dediklərini sitat gətirərək, bunun Putinin ölkəsində adi intellektin çatışmaması ilə bağlı olduğunu qeyd edib.

Müəllifin fkrincə, baş nazir “sayılı günləri qalan” Putinin əhvalını korlamamaq üçün reallığı açıq söyləməyib: “Hamı gördü ki, Rusiya uzun zaman özünün strateji müttəfiqi adlandırdığı Ermənistanı hərbi tullantılarla təchiz etdi. Bəli, məhz belə. Rusiya öz hərbi arsenalında yaxşı olan nə varsa, hamısını bizə deyil, Azərbaycana satdı. Hansı ki, indi o silahların hamısı bizim igid övladlarımıza qarşı istifadə olunur. Mahiyyət etibarilə, Rusiya onların güllələnməsini sanksiyalaşdırdı.

Həmçinin siyasi nöqteyi-nəzərdən, Artsaxa qarşı müharibəyə görə rəsmi Bakını ittiham etməyən Putin qorxaqcasına hüquqi formulların arxasında gizləndi, hətta Türkiyə prezidenti Ərdoğanın haqqında bolluca kompliment yağdırmağa da macal tapdı”.

Müəllif daha irəli gedərək bildirir ki, hazırda bütün Ermənistan Putinə və Rusiyaya “siz qorxaq satqınlarsınız” deyir: “Rusiyalıların hünəri yalnız “hibrid müharibələr” aparmağa, yaxud çox zəif düşmənlərə hücum etməyə çatır. Ciddi bir rəqiblə müharibə təhlükəsi yaranan kimi Putin sivişdi”. O, bizim xalqı atdı, bizim qanımıza susayan, total şəkildə məhvimizi istəyən armada ilə üz-üzə qoydu. Lakin bunun heç biri Putini, bir az əvvəl dediyi kimi, tərpətmir. Bu, təəccüblü deyil. Ona görə ki, Qarabağda onu tərpədəcək heç nə yoxdur. Vicdan, ləyaqət, ədəb – bütün bunlar çoxdan sıfırlanıb. Bunu indi yalnız Ermənistanda deyil, Rusiyanın hələ də özünün nüfuz dairəsi hesab etdiyi digər ölkələrdə də görürlər. ”.

Mənbə: azpolitika.info