İrandan Qarabağ AÇIQLAMASI: Bölgə ölkələrinin iştirakı ilə...

İrandan Qarabağ AÇIQLAMASI: Bölgə ölkələrinin iştirakı ilə...

“Minsk Qrupunun yaradılmasından təxminən 30 il keçdi və bu qrup bu məsələyə davamlı bir həll tapa bilmədi, bacarıqsızlığını sübut etdi. Bu qrupun bəzi ölkələri, ümumiyyətlə, bölgədə deyil və bu böhranla əlaqəsi yoxdur. Bu qrupun praktik səmərəsizliyi sübut olundu”.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Seyid Abbas Araqçı qeyd edib.

Onun sözlərinə görə, İran bu böhranın bölgə ölkələrinin iştirakı ilə həlledici rol oynayan regional bir yanaşma təklif edir və Rusiyanın bölgədəki vacib ölkələrdən biridir: “İranın təklifinin əsas məqsədi Dağlıq Qarabağdakı böhrana son qoyulmasına kömək etməkdir. İran planının ən vacib xüsusiyyəti regional yanaşmasıdır, digər bir xüsusiyyəti də realizmdir”.

Zümrüd

Mənbə: publika.az