"Rusiyanı çəkindirmək üçün ballistik raketlərdən istifadə edə bilərik"

"Rusiyanı çəkindirmək üçün ballistik raketlərdən istifadə edə bilərik"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Robert O'Brien dünən ABŞ-ın Rusiyaya qarşı lazım gələrsə ballistik raketlərdən istifadə edəcəyini söyləyib.

Robert O'Brien ABŞ-ın Rusiyaya ehtiyac duyulduğu təqdirdə ballistik raketlərdən istifadə edəcəyini bildirib:
"Biz INF müqaviləsindən çıxdıq, ABŞ-ı və donanmamızı, sualtı qayıqlarımızı, hava qüvvələrimizi və qoşunlarımızı qoruyacaq, müttəfiqlərimizi də qoruyacaq səsdən sürətli silahlar və raket atıcıları istehsal edirik. Rusiyanı çəkindirməyimiz lazım olsa, eyni raketlərdən istifadə edəcəyik".

O, həmçinin qeyd edib ki, ABŞ, Rusiya ilə yeni Strateji Silahların Azaldılması Müqaviləsinin genişləndirilməsi barədə razılığa gəlməyə daha yaxındır.

Mənbə: eastnews.org