“O xarici jurnalistlərə mənim də sualım var...”

“O xarici jurnalistlərə mənim də sualım var...”

“Mən Rusiya jurnalistləri Solovyov və digərlərini dinləyəndə onlara yazığım gəlir. Onlar öz haqsız çıxışları, ədalətsiz mövqeləri ilə jurnalist peşəsini hörmətdən salırlar. Vaxt gələcək, buna görə onlar utanacaqlar. Bu gün, nəinki o mövqedə olan jurnalistlər, özlərini hegemon hesab edən siyasətçilər də başa düşməlidirlər ki, ədalət var. Ədalət imkan verməyəcək ki, haqsızlıq sonadək davam etsin”.

Publika.az xəbər verir ki, bunu hafta.az-a keçmiş millət vəkili, jurnalist Lalə Abbasova beynəlxalq siyasətin, ikili standartların qurbanı olmuş xarici jurnalistlərin Azərbaycanla bağlı sərgilədiyi mövqe ilə bağlı açıqlamasında bildirib.

L.Abbasova hesab edir ki, son bir ayda Azərbaycana gələn bir sıra xarici jurnalistlərin Prezident İlham Əliyevlə apardıqları müsahibələr və sərgilədikləri mövqe birmənalı olaraq qərəzlidir.

“Mən həmin jurnalistlərin qeyri-peşəkar suallarını müsahibələrdə oxumuşam, izləmişəm. O suallar qərəzlidir. Bunlar İslam-xristian məsələsini ortaya salırlar və bu da insanlığa xas olmayan hərəkətlərdir. Mən həmin jurnalistlərə səslənirəm: Azərbaycan öz işğal olunmuş əraziləri uğrunda mübarizə aparıb, 30 ildən artıq düşmən məngənəsində olan ərazilərini xilas edir. Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir. Bizim artıq güclü olduğumuz zaman gəlib çatıb. Dünyaya Azərbaycanın güclü, qüdrətli ölkə olduğunu sübut edəcəyik. Biz torpaqlarımzı geri qaytaracağıq...”.

L.Abbasova daha sonra bildirib ki, bu gün ədalət bərqərar olur: “Avropa, Minsk Qrupunun nümayəndələri bu günə qədər çox haqsız siyasət aparıblar. 30 ildir bizi aldadaraq öz missiyalarını yerinə yetirə bilmirlər. Həmin dövlətlərdən heç ədalət də gözləmirik. Şükürlər olsun ki, hazırda ayaqdayıq və bizim belə Prezidentimiz var. Xalq öz Ali Baş Komandanı ilə birlikdədir.

Düşünürəm ki, ədalət bərqərar olacaq və biz torpaqlarımzı mütləq geri alacağıq”.

L.Abbasova bu gün Azərbaycana gəlib qərəzli suallar verən bəzi jurnalistlərə sualının olduğunu deyir:

“Neçə illər bundan əvvəl Ermənistanın işğalçı siyasətini göstərən və torpaqlarımızın azad olunması ilə bağlı qəbul olunan qətnamələr niyə yerinə yetirilməyib? Siz Azərbaycanla nəyin davasını edirsiniz? Bu gün tarixə müraciət etsəniz, indiki Yerevanın – İrəvan xanlığının Azərbaycan torpaqları olduğunu bilərsiniz”.

Uzun illər ermənilərlə təhsil zamanı, işdə, məişətdə təmaslarda olduğunu söyləyən L.Abbasova erməni xislətinin həmişə iyrənc olduğuna diqqət çəkib:

“Mən 21 il “Vışka” qəzetində ermənilərlə bir yerdə işləmişəm, ermənilərlə oxumuşam, hər tərəfimdə erməni olub. Hələ sovet vaxtında o qəzetdə 3 azərbaycanlı var idi, ermənilər bizi incidirdilər. Mənim 19-20 yaşım olsa da, sözümü deyirdim. Məni iclaslara dəvət edirdilər və təzyiq göstərirdilər ki, işdən çıxarsınlar. Öz iyrənc siyasətlərini apararaq, guya mənim başqa millətlərlə mübarizə apardığımı söyləyirdilər.

...Anası erməni olan bir tələbə dostum idi. Xocalı hadisəsindən 10 il keçəndən sonra, təsadüfən ona zəng edib, “Marina nə edirsən?” – soruşdum. O mənə dedi ki, “Keyf edirəm”. Dedim: “Axı bu gün Xocalı hadisəsi baş verib?!”. Cavab verdi ki, “Nə olsun, mən keyf edirəm”. Mən özümü cilovlaya bilməyib ona əsəbiləşdim: “Ayıb olsun sənə, sən Azərbaycanda yaşayırsan, üzr istə! Azərbaycan kişiləri ilə təmasda olursan, amma o boyda Xocalı faciəmizə sevinirsən, kef edirsən?!

Aydın məsələdir ki, bu, onların xislətidir. Hələ 2008-ci ildə millət vəkili olduğum zaman təşkil olunmuş tədbirlərin birində auditoriyaya müraciət edərək dedim ki, onsuz da biz torpaqlarımızı alacağıq. Amma millətimizi qorumalıyıq ki, erməni qadınlarla ailə qurmasınlar. Mən bu gün də Azərbaycan analarına, atalarına müraciət edirəm ki, övladlarınıza erməni qadınları alıb ermənilərin törənməsinə imkan verməyin. Biz öz millətimizi qorumalıyıq. Gözəl, ürəyiaçıq, əliaçq, səxavətli xalqıq. İmkan verməməliyik ki, ermənilər müsbət cəhətlərimizdən istifadə edib bizi əzsinlər.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Mənbə: publika.az