Türkiyə hər zaman Azərbaycanın yanındadır - Baş konsul

Türkiyə hər zaman Azərbaycanın yanındadır - Baş konsul

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Türkiyə Cumhiriyyətinin Yaradılmasının 97-ci il dönümü münasibəti ilə bayram tədbiri keçirilib.

Publika.az xəbər verir ki, bayram tədbirində qardaş ölkənin keçdiyi müstəqillik yoluna nəzər salınıb, qurtuluş mübarizəsinin Türkiyənin tarixində yeni səhifə açdığı bildirilib.

Bu günlərdə Azərbaycanın Qarabağda haqq savaşına toxunan baş konsul Zeki Öztürk Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu və bundan sonrada qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyinin davam edəcəyini deyib. Tarixə türk ordusunun şanlı qələbəsi tarixə düşən Canaqqala döyüşündə azərbaycanlılarında iştirak etdiyini xüsusi vurğulayıb.

Bayram tədbirində Azərbaycan və Türkiyənin daim bir-birnin yanında olduğu və bu qardaşlığın hər zaman davam edəcəyini əks etdirən qısametrajlı film nümayiş olunub.

Mənbə: publika.az