“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”

“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”

Məşhur Məmmədov: “Bunlar sadəcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayətlərdir”

Bu gün ölkəmizdəkidiplomatik korpus nümayəndələrinin Bərdə şəhəreinə səfəri təşkil edilib. AzərbaycanPrezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiəti iləkeçirilən görüşdə məqsəd, xarici diplomatların erməni vəhşiliyi ilə tanış etmək,düşmənin dinc vətəndaşlara qarşı həyata keçirdiyi terror faktını dünyaictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

Moderator.az-aaçıqlamasında baş verənlərə münasibət bildirən millət vəkili Məşhur Məmmədov,bu cür səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

 

“Təbii ki, xaricidiplomatların, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin Bərdəyə səfəri,baş verənləri bilavasitə müşahidə etmələri olduqca önəmlidir. Çünki məhz bu cürsəfərlər sayəsində onlar erməni terrorunun nəticələrini görür, buna bilavasitə şahid olurlar. Bu, məsələnin birincitərəfidir. Biz həm də arzu edirik ki, onlar gördüklərini, izlədiklərini dilə gətirsinlər,Ermçənistanın terror siyasətinin beynəlxalq miqyasda ifşa edilməsinə öz töhfələriniversinlər. Yəni onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar, Ermənistanınterror siyasətinin qarşısını almaq, onun cəzalandırılmasına nail olmaq üçün çağırışlar səsləndirsinlər. Onlaröz missiyalarına uyğun olaraq haqqı, ədaləti dilə gətirsinlər, haqqın, ədalətinyanında yer alsınlar. Bu, hər bir azərbaycanlının arzusudur.

 

Ermənistanın yaşayış məntəqləriniraket zərbələrinə məruz qoyması, mülki insanları qətlə yetirmələri sadəcə Azərbaycanadeyil, bütün bəşəriyyətə, insanlığa, dünya dövlətlərinə və xalqlarına qarşı bircinayətdir. Bu terror aktları beynəlxalq hüquq və konvensiyaalrın heçəsayılması, ümumbəşəri dəyərlərə meydan oxumaq deməkdir. Bu, həm də işğalçı dövlətinözünün cəzasızlığına olan əminliyindən xəbər verir. Buna görə də bizim istəyimizerməni terroruna, bu terrorun dəhşətli nəticələrinə şahid olan diplomatlarınbunu öz dövlətlərinin, öz xalqlarının diqqətinə çatdırmalarıdır. Inanırıq ki,onlar şahidi olduqları həqiqətləri öz xalqlarına, dünya ictimaiyyətinin diqqətinəçatdıracaq, Ermənistanın terror siyasətinin ifşasında yaxından iştirak edəcəklər.

 

Bunu da qeyd edim ki, Ermənistanınmülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlər cavabsız qalmır, düşmənincavabı şanlı Azərbaycan ordusu tərəfindən döyüş meydanında layiqincə verilir vəbundan sonra da veriləcəkdir. Buna kimsənin şübhəsi olmasın!”.

 

Seymur ƏLİYEV

Mənbə: moderator.az