Haqq işimizə arxa çevirən Azərbaycandakı şirkətləri boykot etmək... – Millət vəkili

Haqq işimizə arxa çevirən Azərbaycandakı şirkətləri boykot etmək... – Millət vəkili

"Bir şirkət hansısabir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həminşirkərtin ən azı imicinə və nifuzuna uyğun olmayan hərəkətdir”.

Bunu Qaynarinfo-yaaçıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov "McDonald's"ınAzərbaycan nümayəndəliyinin sosial media hesablarında ordumuza dəstək məqsədiilə yazdığı post və paylaşımları bir müddət sonra silməsinə və bundan sonramüştərilərin şirkəti boykot etməsi ilə bağlı çağırışlara aydınlıq gətirərkəndeyib. Deputat təəssüf hissi ilə Azərbaycanın mövqeyini dəstəkləyən şirkət vəmedia qurumlarına qarşı erməni lobbisi tərəfindən ciddi təzyiqlərin olduğunuvurğulayıb:

 

"Erməni lobbisi bizədəstək nümayiş etdirən şirkətlərə, media qruplarına, hətta xarici ölkələrinparlament üzvlərinə qarşı çiddi təzyiq nümayiş etdirməyə çalışır. Azərbaycanınhaqlı mövqeyini dəstəkləyənlərin saynı azaltmağa çalışırlar. Bu ötən müddətdəhaqq səsimizin daha çox çatdırılmasına nail olmuşuq, o cümlədən şirkətlər tərəfindəndə Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə bağlı faktların sayı artır. Etirafetmək lazımdır ki, Azərbaycan diplomatiyası da son aylar Azərbaycan həqiqətlərinindünyaya çatdırılmasında daha fəal şəkildə iş aparır”.

"McDonald's"ın,konkret olaraq şirkətlərin, məhsulların boykotuna gəldikdə isə Vüqar Bayramovqeyd edib ki, bu məsələdə vətəndaşların seçimi olmalıdır:

"Əgər bununla bağlıkonkret dövlət siyasəti yoxdursa, vətəndaşlar bununla bağlı artıq özləri qərarqəbul edə bilər. Çünki hər bir vətəndaşın seçim, hansı məhsulu almaq, yaxud daalmamaqla bağlı qərar vermək hüququ var. Xatırlayırsınıza, bir müddət öncə mənmillət vəkili olaraq Azərbaycan vətəndaşlarına xarici mal alan zaman türkmallarına üstünlük verməyə səsləmişdim. O baxımdan əgər hər hansı bir vətəndaşhansısa şirkətin məhsulundan istifadə etmirsə, boykot edirsə, təbii ki, bu,onun öz hüququdur. Bunu da normal qarşılamaq lazımdır”.

Millət vəkilı xaricişirkərləri belə məsələlərdə diqqətli olmağa çağırıb:

"Xüsusən də sözügedənşirkət dünyanın tanınmış brend şirkətlərindəndir. Bu şirkətlər əslində hansısabir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həminşirkərtin ən azı imicinə və nifuzuna uyun olmayan hərəkətdir. Şirkət özü dəçalışmalıdır ki, yalnız Azərbaycan daxilində deyil, bütövlükdə qlobal olaraq özmövqeyini qoruyub saxlasın. Çünki nəinki şirkət, hətta hər hansı bir vətəndaşınstatus yazıb sonradan silməsi də bu gün dünyada yaxşı qəbul olunmur. Ona görəşirkətlərin diqqətli olması, məsələlərə, Azərbaycanın haqq işinə obyektivyanaşması çox vacibdir. Vətəndaşların qərarına gəldikdə isə hər bir şəxs sərbəsdir,qərar vermək hüququ var. Təbbi ki, mən bir millət vəkili olaraq hər bir vətəndaşınfərdi qərarına hörmətlə yanaşmağı məqsədəuyğun hesab edirəm”.

Qeyd edək ki,"McDonald's"ın Azərbaycan nümayəndəliyi sosial media hesablarındaordumuza dəstək məqsədi ilə postları və paylaşımlar edib. Şirkət bir az keçəndənsonra həmin postu silib.

"McDonald's"ınbu addımı Azərbaycan müştəriləri tərəfindən narazılıqla qarşılanıb. Həmçinineyni addımı "Burger King" və "Papa Johns” şirkəti də atıb. Sosial şəbəkələrdəhər üç şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az