İslam ölkələri Fransanı boykot edir: Makronun şəkilləri yandırılır

İslam ölkələri Fransanı boykot edir: Makronun şəkilləri yandırılır

Bir neçə müsəlman ölkəsi Fransa mallarını boykot etməyə başlayıb.

Cebhe.info xəbər verir ki, Yəməndə, Pakistanda, İranda fransız malları mağazalar və bazarların rəflərindən çıxarılır. Fransa bayraqları və Emmanuel Makronun portretləri ilə birgə yandırılır.

Qeyd edək ki, Fransada 16 oktyabrda bir müəllimin başının kəsilərək öldürülmüş halda tapılmasından sonra ölkə siyasətçilərinin böyük hissəsi İslam və müsəlmanları hədəf alan açıqlamalar verib. Cinayəti müsəlman şəxsin törətdiyi iddia olunur.

Bir müddət əvvəl isə Fransa Daxili İşlər naziri Jerald Darmanen Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz məzmunlu karikaturaların ölkədə yayımlana, məktəb dərslərində göstərilə biləcəyini və bazarlarda halal qida məhsulları üçün xüsusi bölmələrdən narahat olduğunu deyib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info