Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var”

Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var”

“Erməni silahlı qüvvələri hazırda Tərtər şəhərini vurmaqda davam edirlər. Onların artilleriya və raket zərbələri kontekstində Bərdə şəhərinin ətrafında da bəzi hərəkətlilik var”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın cinayətlərinin həddi-hüdudu yoxdur:

“Ermənilər o qədər çərçivələri aşıblar ki, diplomatların, xarici medianın olduğu yerdə də bu cinayətlərini davam etdirirlər”.

H.Hacıyev qeyd edib ki, hər bir fakt sənədləşdirilir:

“Biz ermənilərin xislətini gözəl bilirik. Bunun üçün beynəlxalq junalistlərin, diplomatların və hərbi attaşelərin iştirakı ilə bunlar sənədləşdirilir ki, danmasınlar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisələrlə bağlı cinayət işləri açılıb. Cinayət varsa, cəzası da olacaq”.

“Biz hüquqi müstəvidə də fəaliyyətimizi davam etdirəcəyik”, - deyə H.Hacıyev əlavə edib.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az