Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk İsrailin “Dəmir Qübbə” sisteminin Azərbaycanda mülki əhalinin qorunması üçün istifadə edilməsi təklifini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş səfir bu barədə öz tvitter hesabında yazıb.

“Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri tarazlaşdırmaq üçün mülki əhaliyə raketlər atılır. Biz “Dəmir Qübbə” sistemini Azərbaycanla bölüşməliyik”- deyə Artur Lenk vurğulayıb.

Qeyd edək ki, “Dəmir Qübbə” İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısamənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”

SONRAKI XƏBƏR

“Nə fərqi var, hökumətin rəhbəri bədnam Nikoldur, yoxsa hansısa quldur dəstəsinin başçısı?"