Həbsdə olan keçmiş erməni “super nazir” azad edildi – Qarabağdakı müharibəni bəhanə gətirdilər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri Qagik Xaçatryan girov müqabilində həbsdən azad edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Xaçatryanın vəkilləri yayıb.

“Məhkəmə Ermənistanda və işğal edilən Dağlıq Qarabağda hərbi vəziyyəti, habelə Qagik Xaçatryanın səhhətini nəzərə alaraq, müdafiə tərəfinin onun azadlığa buraxılmasına dair vəsatətini təmin etdi” deyilib.

İclasda əsas diqqət Xaçatryananın təcili tibbi yardıma ehtiyacı olduğuna yönəlib.

Keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbərinə bir sıra maddələrlə (başqasının əmlakının mənimsənilməsi, mənimsənilməsində iştirak, qanunsuz yolla əldə edilmiş gəlirin çox böyük miqdarda leqallaşdırılmasında iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxs kimi bir qrup insandan böyük məbləğdə rüşvət alma, rəsmi saxtakarlıq) cinayət işi açılıb.

Xaçatryana qarşı 9 cinayət epizodunun dövlətə vurduğu ziyan təqribən 20 milyard dram (41 milyon dollar) təşkil edir.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Lukaşenko DİN rəhbərini işdən çıxardı - Yeni təyinat

SONRAKI XƏBƏR

Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu