Dinc əhaliyə zərbə endirmək cinayətdir! – Yapon yazıçı

Dinc əhaliyə zərbə endirmək cinayətdir! – Yapon yazıçı

Dinc əhaliyə hücum heç nə ilə əsaslandırıla bilməz.

Bu barədə yapon yazıçısı Çiyeko Yamanuçi erməni ordusunun Azərbaycan şəhərlərinə vurduğu zərbələri şərh edərkən bildirib.

“Döyüş əməliyyatları zamanı atəş sırf hərbi hədəflərdə yönəlsə belə, təəssüf ki, mülki şəxslər arasında da itkilər ola bilir. Ancaq məqsədyönlü şəkildə dinc şəhərlərə raket atmaq qəbuledilməzdir. Bu qətiyyətlə qınanmalıdır! Mülki əhalini qəsdən hədəfə almaq müharibə cinayətindən başqa bir şey deyil!” – deyə o bildirib.

Xatırladaq ki, son 27 və 28 oktyabrda Bərdə şəhəri Ermənistan tərəfinin raket atəşinə məruz qalıb. Birinci atəş zamanı arasında ikisi azyaşlı uşaq olmaqla 5 nəfər həlak olub. Dünənki atəş nəticəsində isə 21 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.

Bundan öncə, 4, 11, 17 oktyabrda isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə tutulub. Bunun nəticəsində isə 10 qadın və 6 uşaq olmaqla, 26 nəfər həlak olub. (Axar.az)

KONKRET.az

Mənbə: konkret.az