Səfir: "Dünya yeni bir Azərbaycan xalqı görür"

Səfir: "Dünya yeni bir Azərbaycan xalqı görür"

"Bu savaşda dünya həm ön, həm də arxa cəbhədə - hər yerdə yeni bir azərbaycanlı tipi, yeni bir Azərbaycan xalqı görür. Qorxmaz, qürurlu, iradəli, barışmaz, birliksevər, öz gücünə inamlı, dövlətinə, Ali Baş Komandanına və torpağına sadiq bir toplum!"

Cebhe.info xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

O qeyd edib ki, düşmən bu birliyin qarşısında duruş gətirə bilməyəcək:

"Savaşda doğulan yeni azərbaycanlı tipi çox şeyi dəyişməyə qadirdir və dəyişəcək. Bu müharibədə biz daxilimizdə on illər boyu sıxılıb qalan passionar enerjini bütün kəskinliyi ilə ortaya qoyuruq. Qoca düşmən bu enerjinin, birlik və iradənin qarşısında duruş gətirə bilməyəcək! Sınır və sınacaq!".

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info