Rusiyalı hərbçilər yeni raketin sınağını keçirdi

Rusiyalı hərbçilər yeni raketin sınağını keçirdi

Dünən Rusiya Silahlı Qüvvələri tərəfindən raket əleyhinə yeni raket Qazaxıstanın Sarı-Şaqan hərbi-təlim məkanında sınaqdan keçirilib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyalı hərbçi Sergey Qrabçukun sözlərinə görə, sınaq böyük müvəffəqiyyətlə başa çatıb və yeni raket hədəfi uğurla dəf edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti V.Putin Avropada gərginliyin deeskalasiyası üzrə plan təklif edib və bildirib ki, Rusiyanın Avropa sərhədlərində “9M729” raketlərini yerləşdirməkdən ölkəsi imtina etməyə hazırdır.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info